Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Təsisçilər
 
Anar Bağırov
 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədridir. O, 2008-ci ildə Kollegiya tərəfindən “Fəxri Fərman” la təltif edilib. O, eyni zamanda “Cənubi Qafqaz hüquq jurnalı” nın redaksiya heyətinin üzvüdür. Bundan başqa, o, “Who`s Who Legal” reytinq şirkəti tərəfindən MDB-də ölkələrin sırasında "yüksək səviyyədə tövsiyə olunan hüquqşünas" olaraq qiymətləndirilib.  O, Peşə fəaliyyətinə 1997-2000-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda, 2001-2005-ci illərdə Bakı Hüquq Mərkəzinin direktoru vəzifəsində başlayıb. Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvüdür.

anar.baghirov@lawreform.az



...........................................................................................................................................................................



Mehman Sultanov


O, Azərbaycan Hüquq İslahatları Mərkəzinin həmtəsisçisi və BHM Bakı Hüquq Mərkəzinin tərəfdaşıdır. Onun əsas təcrübə sahələri bank və maliyyə, özəl beynəlxalq hüquq, vergi hüququ və məhkəmə işləridir. Mehman Sultanov 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Universitetində Beynəlxalq Ümumi Hüquq kafedrasının müəllimidir.

mehman.sultanov@lawreform.az



...........................................................................................................................................................................



Gülnar Qurbanova 
 
Azərbaycan Hüquq İslahatları Mərkəzinin həmtəsisçisidir. Peşə fəaliyyətinə 2001-2011-ci illərdə Bakı Hüquq Mərkəzində hüquq məsləhətçisi kimi başlayıb. 2011-ci ildən Bakı Hüquq Mərkəzinin tərəfdaşıdır. 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. Hüquq elmləri namizədi, bir sıra tanınmış beynəlxalq konfransların iştirakçısıdır.

gulnar.gurbanova@lawreform.az