Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Beynəlxalq
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin fəaliyyətinin prioritet istiqamətlərindən biri məhz hüquqi sahədə fəaliyyət göstərən QHT və regional qurumlarla beynəlxalq səviyyədə əməkdaşlığın qurulmasıdır. Keçən dövr ərzində Mərkəz bir sıra beynəlxalq təşkilatlarla səmərəli münasibətlərin qurulmasına nail olmuş və qeyd olunan istiqamətdə öz fəaliyyətini genişləndirməkdədir. Qeyd olunan təşkilatlar sırasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətini (GİZ), Almaniyanın Beynəlxalq Hüquq Əməkdaşlığı üzrə Fondu (İRZ), Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) və digərlərinin adlarını qeyd etmək olar. Gələcək birgə layihələrin həyata keçirilməsi baxımından qurulmuş uğurlu beynəlxalq əlaqələrin əhəmiyyəti Mərkəzimiz üçün həyati əhəmiyyətlidir.

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB hüquq islahatlarına dəstəyin verilməsi, onun təbliği, peşəkar və gənc hüquqşünasların bu cür faəliyyətə cəlb olunması, cəmiyyətdə bu sahədə mövcud olan informasiya qıtlığının aradan qaldırılması üçün gələcək partnyorluq əlaqələrinin qurulmasında xüsusi maraqlıdır və şəffaflığa əsaslanan istənilən münasibətlərin yaradılmasına açıqdır.