Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr-ti,
Azure Business Center, 11/68, AZ1025
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

08:30

05-07

SAMIRE ELIYEVA

Sual: Men 07.06.2013 tarixinde gozumde şiş yarandigi ucun hekime mualice ucun muraciet etmisem.Hekim mualicenin ilk gunu emeliyyat lazim oldugunu bildirerek gozumu emeliyyeata aldi.10 deq sonra bitdi emeliyyat.Hekim emeliyyati sehv etdiyi ucun gozum xesaret almis ve xraici olkedeki hekimlerin muayinesinden sonra gozumde pitoz yarandigini vebu hali duzeltmek normala cevirmek ucun pitoz emeliyyatina ehtiyaz oldugunu oyrendim.Bu hal maddi problemlere gore mende helede devam edir.Men hekimnen sikayetci olub onun qanun qarsisinda cavab vermeyini isteyirem. Bunun ucun hara muraciet etmeliyem?

Cavab: Məhkəməyə müraciət edin.

06:10

05-07

AYNUR QULIYEVA

Sual: Salam.sarayda ekin sahesinde (evveller ora pay torpaginkimi paylanilib,amma indi biz hemin shexsden almishiq)ev tikmeye bashlamishiqsa neqeder dovlet rusumu odemeliyik?ikimertebeli dashinmaz emlaka.evvelceden teshekkurler.

Cavab: Qanunvericilikdə ev tikintisi üçün dövlət rüsumunun ödənilməli olması nəzərdə tutulmayıb.

04:21

05-07

AYNUR MEMMEDOV

Sual: Men 9 ildi aileli olmusam.2014-cu ilde bosanmisam.gelin kocduyum ev kentde yerlesir,qzaynanamin adinadir.Vekil deyir ki,eger hemin ev dovlet reyestr xidmetinden kecmeyibse ordan sene yasayis huququ almaq olar.Xahis edirem reyestr xidmetinin ne oldugunu ve vekilin dediklerinin ne qeder dogru oldugunu mene izah edesiniz?

Cavab:

Daşınmaz əmlakın dövlət reyestri xidməti torpaq sahəsi, mənzil, fərdi yaşayış evi və sair daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır və bu hüquqlar həmin orqan tərəfindən verilən müvafiq Çıxarışla rəsmiləşdirilir. Sualınızdan da göründüyü kimi, gəlin köçdüyünüz ev qayınananızın adına qeydiyyatdan keçdiyi üçün boşanmağınızla əlaqədar həmin evdən Sizə hər hansı pay düşmür. Əgər həmin ev vəkilin dediyi kimi dövlət reyestr xidmətində qeydiyyatdan keçməyibsə, deməli, qanunvericiliyə əsasən özbaşına tikinti sayıldığı üçün oradan Sizə yaşayış hüququnun da alınması mümkün deyil.   

12:56

02-07

ZAUR HAMZAYEV

Sual: Ailem 4 neferden: men, heyet yoldashim, 6 yashli qizim ve 1,5 yashli oqlum ibaretdir. Men ailede tek ishleyenem. Unvanli sosial yardim hesablanan zaman mene deyibler ki, 130 manat alacaqam. Orta ayliq emek haqqim 199 manat teshkil edir, 4x100 manat-199=201 manat yardim almaliyam. Rayon shobesinde mene deyirler ki, shifahi gosterish var ki, verilecek mebleqler azaldilmalidir, 130 manatdan artiq vere bilmerik. Emek ve sosial mudafie nazirliyine onlayn mektub da yazmisham hele de cavab yazan yoxdur. Xahish edirem menim ne qeder alacaqim haqda mene melumat veresiniz. (evim, mashinim, torpaqim yoxdur, tek ishleyen menem, senedlerim de qebul olunub ve mene deyibler ki, 130 manatdan artiq vere bilmerik gosterish var)

Cavab:

“Ünvanlı dövlət social yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa görə ünvanlı sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 2014-cü il üçün eytiyac meyarının 100 manat məbləğində müəyyən edilməsini nəzərə alsaq, sizing alacağınız ünvanlı sosial müavinətin məbləği 201 manat olacaqdır (4 nəfər ailə üzvü x 100 manat (ehtiyac meyarı)-199 manat (sizin orta qylıq əmək haqqınız)=201 manat).

08:35

02-07

RECEBOV AKIF

Sual: salam.nigahda olan arvadin adina olan torpaq sahesinin(ferdi menzil tikintisi ucun) alqi-satqisi zamani erden raziligin alinmasi ne derecede qanuna muvafiqdir?

Cavab:

Torpaq sahəsi birgə nigah dövründə və ər-arvadın birgə gəlirləri (qazancları) hesabına əldə edilmişdirsə Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə bu əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Yəni belə əmlak üzərində hər iki şəxsin mülkiyyət hüququ vardır.
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq (alqı-satqı, bağışlama, girov qoyma və s.) bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.  Qanuna görə daşınmaz əmlaka (məsələn topaq sahəsinə) birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.
Yuxarıda qeyd etdiyimiz kimi, torpaq sahəsi birgə nigah dövründə və ər-arvadın birgə gəlirləri (qazancları) hesabına əldə edilmişdirsə, bu birgə mülkiyyət sayılır və həmin torpaq sahəsinin saqı-satqısı zamanı, kim tərəfindən satılmasından asılı olaraq, ərin (arvadın) mütləq razılığı tələb edilir.

06:10

02-07

EMIN MAMEDOV

Sual: Salam, mən 8 il bundan öncə ev almışam və necə deyərlər xeyirxahlığımın və sadəlövhlüyümün qurbanı olmuşam, ev sahibinin çoxdankı qonşum olduğunu nəzərə alaraq onun tezliklə qeydiyyatdan çıxacağına inanmışam və nəticədə evdə qeydiyyatda olan evin əvvəlki sahibi bu günə qədər də qeydiyyatdadırlar ailelikce. Onların qeydiyyatdan çıxarılması üçün nə etməliyəm? Hal-hazırda yaşadıqları evin də çıxarışı yoxdur ki o evə qeydiyyata düşsünlər. Xahiş edirəm bu məsələ ilə bağlı mənə məsləhət verərdiniz. Əvvəlcədən təşəkkürlər.

Cavab:

Evin alqı-satqısına notarial qaydada bağlanılmış müqavilələrdə müəyyən müddət ərzində evin əvvəlki sahibininin qeydiyyatdan çıxması barədə öhdəlik nəzərdə tutulmalıdır. Əgər evin alqı-satqısı barədə qarşı tərəflə bağladığınız müqavilədə belə bir bənd varsa, onların qeydiyyatdan çıxarılması barədə yaşadığınız ərazi üzrə polis idarəsinə müraciət edin. Əgər polis evin əvvəlki sahibinin və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılma barədə müraciətinizi rədd edərsə və ya müraciətinizi cavabsız saxlayarsa, həmin qeydiyyatdan çıxarılma vəzifəsinin polis orqanın üzərinə qoyulması barədə yaşadığınız ərazi üzrə müvafiq inzibati məhkəmədə iddia qaldıra bilərsiniz.
Əgər evin alqı-satqısı barədə bağladığınız müqavilədə evin əvvəlki sahibinin və onun ailə üzvlərinin qeydiyyatdan çıxmaları barədə öhdəlik nəzərdə tutulmamışdırsa, onların qeydiyyatdan çıxarılması barədə mülki qaydada yaşadığınız yerin məhkəməsinə müraciət edə bilərsiniz.

04:02

02-07

SEVDA HUSEYNELIYEVA

Sual: Salam.Menim babam rehmete getdi. Pensiyasi 505 AZN idi. INdi nenem oz pensiyasindan imtina edib babanin pensiyasini almaq isteyir. LAkin ona pensiyanin cemi 35 faizini vermek istiyirler. Ele bil ki,nenemin pensiyasi 161 AZN idi indi 205 AZN alacaq. Bu ise cox azdir . Cunki ailede uc neferik anam nenem ve men. BU pulnan ise menim oxumagim hec cur mumkun deyil. Xaiw edirem bize yardimci olasiniz.

Cavab:

“Əmək Pensiyası haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Nənəniz əmək pensiyası aldığı üçün və ailə başçısını itirməyə görə verilən pensiya da pensiyanın bir növü olduğu üçün bir pensiya, yəni, babanızın pensiyasını seçməkdə haqlıdır. Qanuna görə ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqdahəmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində hesablanır. Qanunun mənasına əsasən nənəniz öz pensiyasından imtina edərək babanızın pensiyasını alacağı halda, ona babanızın pensiyasının baza hissəsinin 100 faizi hesablanaraq veriləcəkdir.

10:17

01-07

GULNARA SADIXOVA

Sual: Salam.biz hayat evini 2ildi ki almishix .Evin certeju Icra hakimiyatinnan,alqi satqi muqavilasi,va domovoyu var.Man neca evi ozalashdira bilaram Hara muraciyat edim va hansi sanadlar lazimdi.An asasi dovlat rusumu na qadar olacax.Tashakkur ediram

Cavab:

Mənzili(evi) özəlləşdirmək istəyən şəxs evin özəlləşdirilməsi üçün yerli icra hakimiyyəti orqanına (və yaxud mənzil (ev) balansında  olan quruma) ərizə ilə müraciət etməlidir.
Ərizəyə aşağıda qeyd edilən sənədlər əlavə edilməlidir:
1) mənzili (evi) özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;
2) mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № -li forma). 2 № -li forma mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı tərəfindən beş gündən gec olmayaraq verilir;
3) mənzil sahəsinin orderi.
Mənzilin (evin) özəlləşdirilməsi zamanı vətəndaşlardan dövlət rüsumu alınmır. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu ödənilir.

07:52

01-07

İLHAM SəMəDOV

Sual: Salam, mən Xətai rayon ərazisində daimi qeydiyyatdayam. Mən Xətai bələdiyyəsinə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması üçün müraciət etmək istəyirem. Bu prosesin ardıcılığını mənə başa salardınız (hansı senedler lazımdır. Bu vəziyyətdə mənim hansı hüquqlarım var? Çox xahiş edirəm geniş cavab yazın. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Cavab:

 
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qanuvericiliklə nəzərdə tutulmuşdur. Bunun üçün torpaq sahəsinin ayrılmasını istəyən şəxs yaşadığı ərazi üzrə müvafiq bələdiyyəyə ərizə ilə müraciət etməlidir. Müraciətdə torpaq sahəsinin hansı məqsəd üçün ayrılması, torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılması, əvvəllər torpaq sahəsi alıb-almadığını, ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını, ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini, yaxud həmin yerin ünvanını və ölçüsünü,  daimi yaşayış yerini (fiziki şəxslər) göstərməlidirlər. Müraciətlərə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır.
Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda, bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
 
 

17:25

30-06

ANAR HACIYEV

Sual: salam man muallim iwlayiram avval 69 manat maas alirdim aliment mana 76 manat kasilib odayiram ... indi isa yenidan mahkamaya veriblar alimentin artirilmasi talabi ila bu na daracada duzgundur ....hal hazirda maasim 102 manatdi idda qaldiriblarki 150 manat odamalisan... axi manim muallim maasimdan 50 % tutula bilar ... xahiw ediram etrafli cavab yazasiniz .. ozumda yenidan aila hayati qurmuwam

Cavab:

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 2014-cü il üçün 1 uşağın saxlanması üçün minimum xərc 103 manat müəyyən edilmişdir.
Qanuna görə yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə ər-arvad arasında saziş yoxdursa uşağın saxlanması üçün aliment həm valideyinin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, (məsələn 1 uşağa görə qazancın və ya digər gəlirin dörddə bir hissəsi) həm də sabit pul məbləğində tutula bilər.
Valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutulur. Sabit pul məbləğinin həddini məhkəmə müəyyən edir.
Sizin əmək haqqınız az olduğu və uşağın saxlanması üçün yetərli olmadığından məhkəmə tərəfindən alimentin miqdarı həm əmək haqqının müəyyən hissəsi kimi, həm də sabit pul məbləğində olmaqla 103 manat (1 uşağın saxlanması üçün minimum xərc) müəyyən edilə bilər.
Lakin işə məhkəmədə baxılarkən yenidən ailə qurduğunuzu da məhkəməyə bildirməyiniz vacibdir.
 
 

23 24 25 26 27