Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
“HÜQUQİ YARDIM HAQQINDA” QANUN LAYİHƏSİNİN HAZIRLANMASI ÜZRƏ İŞÇİ QRUPUN NÖBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
28.04.2012 929
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) ilə birgə, “Hüquqi yardım haqqında” Qanununun layihəsini hazırlanması üzrə peşəkar vəkil və hüquqşünaslardan ibarət formalaşdırdıqları İşçi Qrupun növbəti iclasının işi yekunlaşdırılmışdır.
 
İclası giriş sözü ilə açan İşçi Qrupun rəhbəri Anar Bağırov ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı qanunvericilikdə, habelə təcrübədə mövcud olan problemlər barədə, habelə ödənişsiz hüquqi yardımın göstərilməsi sahəsində beynəlxalq təcrübə barədə Qrup üzvlərini məlumatlandırmış, mövzu üzrə ətraflı müzakirələr aparılmışdır.
 
İclasda həmçinin beynəlxalq müşahidəçi qismində iştirak edən Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə direktoru cənab Robert Stir qeyd olunan təşəbbüsün səmərəliliyi, habelə ölkəmizdə hüquqi yardımın göstərilməsi işinin perspektivlərinin mövcudluğu barədə öz fikirlərini Qrup üzvləri ilə bölüşmüş və bu təşəbbüsün dəstəklənməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüş çərçivəsində təqdim olunmuş "Hüquqi yardım haqqında" Qanun layihəsinin ilkin variantı üzərində fikir mübadiləsi aparılmış, hüquqi yardımın göstərilməsi işinin elmi-konseptual əsaslarının müəyyənləşdirilməsinin zəruriliyi ifadə olunmuşdur.
 
Görüşdə həmçinin İşçi Qrupun üzvləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, AHK-nın İdarə heyətinin üzvü Sahib Məmmədov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti, AHK-nın İdarə heyətinin üzvü Əliməmməd Nuriyev, Vəkillər Kollegiyasının üzvləri – Elçin Usub, h.e.f.d. Turqay Hüseynov, Samir Əliyev, Muxtar Mustafayev,  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri h.e.f.d. Elçin Xələfov və Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi h.e.f.d. Şəhriyar Əliyev iştirak etmişdir.

AHİM-nin mətbuat xidməti