Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Bakıda İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi məsələləri mövzusunda seminar keçirilib
08.07.2011 927
İyulun 8-də Bakıda “Avropa” hotelində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi məsələləri mövzusunda Avropa Məhkəməsi hakimlərinin iştirakı ilə hakimlər üçün seminar işə başlamışdır.
Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa Şurası ilə birgə keçirilən tədbirdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedentlərinin məhkəmə fəaliyyətində tətbiqinin əhəmiyyəti qeyd edilmiş, bu sahədə Avropa Məhkəməsinin hakimləri ilə birbaşa təmasların səmərəsi bildirilmişdir.
Seminarda Avropa Məhkəməsinin hakimləri Lopez Querra “Avropa Məhkəməsinin tərkibi və işlərə baxılma qaydası”, “Ədalətli məhkəmə baxışı hüququ”, Xanlar Hacıyev “Şəxsi və ailə həyatına hörmət hüququ” mövzularında çıxışlar etmiş, Azərbaycanla bağlı baxılan işlərin ümumi müzakirəsi keçirilmişdir.
Seminarda Avropa Şurasının eksperti doktor Başak Çalının Avropa Məhkəməsinin fəaliyyəti ilə bağlı müxtəlif aktual məsələlər üzrə çıxışları dinlənilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.
Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, Konstitusiya Məhkəməsinin məsul əməkdaşlarının, Ali, Apelyasiya və Birinci instansiya məhkəmələri hakimlərinin iştirakı ilə keçirilən seminar öz işini iyulun 9-da başa çatdıracaqdır.

mənbə: http://jlc.gov.az/view_index.php?id=175