Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Azərbaycanda siqaret çəkməklə bağlı yeni qadağa
00.00.0000 161

Qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarıla bilər. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib.

Deputat bildirib ki, "Qapalı məkanlarda tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsini Milli Məclisin yaz sessiyasına təqdim etməyi nəzərdə tutur: "Bilirsiniz ki, biz ictimai yerlərdə siqaret çəkməyin qadağan olunmasını hissə-hissə həyata keçirməyin üstündə dayandıq və bu da yaxşı nəticələr verdi. İlk olaraq bir neçə il bundan əvvəl ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun qəbul etdik. Bu qanun artıq işləyir. Daha sonra cənab Prezidentin sərəncamı ilə İçərişəhərdə siqaret çəkmək qadağan olundu. Bundan əlavə, ötən ilin sonuncu iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər oldu, tütün məmulatlarına aksiz vergiləri qaldırıldı və onun qiymətləri artırıldı”.

M.Quliyev deyib ki, növbəti addım da “Qapalı məkanlarda tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbul olunması olacaq: “Qanun layihəsində əsas məsələ cərimələrin tətbiq edilməsi deyil, maarifləndirmə məsələsidir, tütünsüz mühit yaradılması məsələsidir ki, insanlar, xüsusən də uşaqlar, yeniyetmələr tütün tüstüsü ilə kontaktda olmasın ki, onlarda da siqaretə meyillilik yaranmasın”.