Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Siyasi partiyaların xərclərinə nəzarətin həddi: Avropa Məhkəməsinin mövqeyi
02.05.2016 1415


Ərizəçi Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasıdır (Partiya). Konstitusiyanın tələblərinə əsasən, Partiya özünün 2007-2009-cu illərə dair maliyyə hesabatlarının yoxlanılması ilə bağlı sənədləri Konstitusiya Məhkəməsinə təqdim etmişdir. Qeyd olunmalıdır ki, Türkiyə Respublikasında siyasi partiyalar üzərində təftiş funksiyası Konstitusiya Məhkəməsinə aiddir.

2012-ci ilin mart və iyul aylarında Konstitusya Məhkəməsi yoxlamanın nəticələrinə dair öz qərarını açıqlamışdır. Qərara əsasən, Partiyanın maliyyə hesabatları, gəlir və xərcləri ümumən qaydasında olmasına baxmayaraq, hesabatlarda bir sıra qanun pozuntularının mövcudluğu aşkara çıxarılmışdır. Belə ki, KM bir sıra xərclərin “partiyanın məqsədləri ilə uzlaşmadığı”, “qeyri-qanuni xərclər”, habelə bir sıra xərcləri təsdiq edən sənədlərin mövcud olmaması qənaətinə gəlmişdir. KM-nin araşdırmasının nəticəsinə müvafiq olaraq Partiyanın 3 milyon avroluq vəsaitləri müsadirə olunması ilə bağlı qərar qəbul olunmuşdur. Qeyd olunan məbləğin qir qismi dövlət büdcəsindən siyasi partiyalara ayırılmış illik maliyyə yadımından tutulmuş və digər hissə isə Partiya tərəfindən formasında büdcəyə köçürlümüşdür.

Məhkəməyə daxil olmuş şikayət ərizəsində Ərizəçi onun üzərinə qoyulmuş müsadirənin məbləğinin Partiyanın sərbəst fəaliyyətinə əngəl törətməklə Konvensiyanın 11-ci maddəsinin (Sərbəst toplaşmaq və birləşmək azadlığı) pountusu olduğu qənaətindədir. Eyni zamanda, Ərizəçi KM tərəfindən yoxlamaların müddətinin uzunluğu ilə bağlı Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) və vəsaitlərinin müsadirə edilməsi ilə bağlı isə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) pozuntusunu idda edir.

Avropa Məhkəməsinə şikayət ərizəsi 16 mart 2013-cü ildə verilmişdir. Məhkəmə öz qərarında 11-ci maddəsinin pozuntusunu aşkar etmişdir. Belə ki, Məhkəməyə görə siyasi partiyaların təftiş olunması demokratik cəmiyyətdə şəffaflığın və ictimai etimadın təmin edilməsi baxımından zəruri fəaliyyətdir. Lakin müsadirənin həcmi Partiyanın öz siyasi fəaliyyətini məhdudlaşdırmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, KM-nin müsadirə ilə bağlı əsaslandığı “Siyasi partiyaların haqqında” qanundakı “qeyri-qanuni xərclər” müddəası dəqiqlik və müəyyənlikdən xalidir. Habelə Türkiyə hökuməti Məhkəməyə “qeyri-qanuni xərclər” anlayışının şərhi və ya tətbiqi təcrübəsi ilə bağlı hər hansı dəlil əqdim edə bilməmişdir. Təftişin müddətinin uzuluğu (5 il) da vəziyyəti acınacaqlı edən amillərdəndir.
 
Nəticədə Məhkəmə, Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 11-ci maddələrinin (sərbəst toplaşmaq və birləşmək azadlığı) və vəsaitlərinin müsadirə edilməsi ilə bağlı isə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) pozuntusunu müəyyən etmişdir.
 
Qərara əsasən, Ərizəçiyə zərərin əvəzinin ödənilməsi ilə bağlı 1085800 avro, həmçinin məhkəmə xərcləri ilə bağlı 5000 avro həcmində ödənişin verilməsini qət etmişdir.

(c) AHİM