Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
2016-cı ildə mülki işlər ilə bağlı məhkəmələrə müraciətlərin sayı 470 mindən çox olmuşdur - müxtəsər statistika ilə tanış olun
09.02.2017 866


Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilmişdir.

İclasda əsasən aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Ötən il Məhkəmə-Hüquq Şurasının iclaslarında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması, habelə hakimliyə namizədlərin seçimi ilə bağlı məsələlərə baxılaraq qərarlar qəbul edilmiş, bu tədbirlər Şuranın İnternet səhifəsində (jlc.gov.az) və mətbuatda işıqlandırılmışdır;

2. Qanunvericiliyə edilmiş dəyişiklərə əsasən məhkəmə sisteminin müstəqilliyinin təmini və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən olunması ilə bağlı Məhkəmə-Hüquq Şurasının üzərinə əlavə vəzifələr qoyulmuş, məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətləri genişləndirilmişdir.

3.
Məhkəmə səhvlərinin azaldılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq bütün hakim korpusunu əhatə edən silsilə təlimlər təşkil olunmuş, hakimlərin  davranışı, məhkəmə idarəçiliyi ilə bağlı mövzuların tədrisinə üstünlük verilmişdir.

4. Ötən il hakimliyə namizədlərin növbəti seçimi təşkil edilmişdir. 800-dən çox hüquqşünasla test, habelə yazılı və şifahi imtahanlar keçirilmişdir. İmtahanları keçmiş 126 nəfər hüquqşünas hakim vəzifələrinə hazırlanmaları üçün 1 illik tədris kursuna cəlb edilmişlər.

5. Qeyd olunmuşdur ki, 2016-ci ildə mülki sahə üzrə məhkəmələrə müraciətlərlərin sayı 45%-dək çoxalaraq, 470 mini ötmüşdür (məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 20 dəfədən çox). Birinci instansiya məhkəmələrində mülki xarakterli iddiaların 96,8%-i, inzibati mübahisə üzrə iddiaların isə 84.4%-i təmin edilmişdir. Mülki xarakterli işlər üzrə yekun qərarların 98,5%-nin, inzibati işlər üzrə qərarların isə təxminən 90%-nin dəyişdirilməyərək sabit qalması hüquqların məhkəmə müdafiəsinin real göstəricisi olmuşdur.

6. Ötən il korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilmiş, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilmişdir.

7.
Qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınmış, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilmiş, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulmuşdur.

(c) AHİM