Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
RF Ali Məhkəməsinin təcrübəsindən Azərbaycan məhkəmələri üçün tövsiyə xarakterli qərar (AİHM)
20.02.2017 819


Bu günlərdə RF Ali Məhkəməsi 194 səhifəlik sənəd olan məhkəmə təcrübəsinin icmalını çap etmişdir. Orada hüququn müxtəlif sahələrinə dair oturuşmuş məhkəmə təcrübəsinə dair maraqlı yanaşmalar olmaqla bərabər, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası məsələsinə də toxunulmuşdur. Qeyd olunmalıdır ki, mövzunun aktuallığı nəzərə alınmaqla, aşağıda göstərilən təcrübənin Azərbaycan milli məhkəmələri üçün əhəmiyyəti şübhəsizdir.
 
Belə ki, qoyulmuş sual ondan ibarətdir ki, Ali Məhkəmə, Avropa Məhkəməsinin çıxardığı qərar əsasında işə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxarkən, ərizəyə Avropa Məhkəməsinin qərarının tərcüməsi əlavə olunmayıbsa, onu icraata götürməkdən imtina edə bilərmi?

Belə ki, Avropa Məhkəməsinin Reqlamentinin 76-cı maddəsinə əsasən, AHİM-nin qərarları rəsmi olaraq ya İngilis, ya da ki, Fransız dilində çıxarılır. Bununla belə, RF mülki, inzibati prosessual məcəllələrinin tələbinə əsasən, məhkəmələrdə işlər dövlət dili olan Rus dilində aparılır. Lakin eyni zamanda “RF-nin Avropa Məhkəməsi yanında səlahiyyətli daimi nümayəndəsi haqqında” Fərmana əsasən, Səlahiyyətli nümayəndə Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı yerli orqanların qarşılıqlı fəaliyyətini təmin edir. Bu fəaliyyət çərçivəsində Səlahiyyətli nümayəndə Avropa Məhkəməsinin qərarının qeyri-rəsmi tərcüməsini onun icrası ilə bağlı Ali Məhkəmə və digər aidiyyəti orqanlara göndərir.

Eyni zamanda RF Ali Məhkəməsinin Plenumunun 10.10.2003-cü il tarixli qərarına əsasən, RF barəsində çıxarılmış qərarların icrası, habelə Konvensiya ilə təsbit olunmuş əsas insan hüquqlarının pozuntusunun aradan qaldırılması və bu cür pozuntuların gələcəkdə təkrarlanmaması məqsədilə dövlət, xüsusi və ümumi tədbirlər görür. Bu mənada milli məhkəmələrin Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı öhdəliyi mövcuddur.
 
Habelə mülki prosessual məcəlləsinin 150-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəmə işə yeni hallar üzrə yenidən baxarkən, ya öz təşəbbüsü ilə və ya maraqlı tərəfin vəsatəti əsasında Avropa Məhkəməsinin qərarının tərcüməsinin təmin edilməsi barədə Səlahiyyətli nümayəndəyə müraciət edə bilər.
 
Ona görə də, əgər maraqları pozulmuş şəxs tərəfindən milli məhkəmələrə işə yenidən baxılması ilə bağlı müraciət olunarsa və bu müraciətdə Avropa Məhkəməsinin istinad olunan qərarının tərcüməsi mövcud deyildirsə, milli məhkəmələr işə baxmaqdan imtina edə bilməz və işin baxışa hazırlandığı vaxtda Səlahiyyətli nümayəndəyə tərcümənin təmin edilməsi barədə müraciət etməlidir. Ümumiyyətlə isə, tərcümənin təmin edilməsi Səlahiyyətli nümayəndənin öhdəliyidir.

(c) legal.report