Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Ali Məhkəmənin hakiminin xasiyyəti ən azı belə olmalıdır!
23.02.2017 2518


Oxucularımıza ABŞ-nin “Canlı Elm” dərgisində çıxmış “Ali məhkəmənin hər bir hakiminin xasiyyəti necə olmalıdır?” başlıqlı yazınının tərcüməsini təqdim edirik. Bu yazı əsas etibarilə ABŞ Ali Məhkəməsinin hakimləri prizmasından yazılsa da, öz unversallığı baxımından ölkəmizin hakimləri üçün də maraq kəsb edə bilər.

Məsələyə siyasətdən kənar və indiyə kimi ABŞ Ali Məhkəməsində 112 nəfər hakimin işlədiyini də nəzərə alsaq, ideal hakim hansı xüsusiyyətlərə sahib olmalıdır sualı bizləri düşündürməyə bilməz. Belə ki, hüquqi biliklərindən savayı, hakimin hansı göstəricilərinin olması şərtdir? Aşağıdakı ali məhkəmə hakiminin, habelə işlədiyi məhkəmənin faydalandığı ən arzuolunan 5 xüsusiyyəti göstərilmişdir.
 
1. Kollegiallıq
Ali məhkəmənin hakimləri ömürlük təyin olunduqlarından təbiidir ki, onlar digər həmkarları ilə məcburi qaydada yola getməli və bir-birlərinə sayğı ilə yanaşmalıdırlar. Lakin kollegiallığın digər bir çaları da var: bu xasiyyət işlərə baxarkən, bir hakimin digər hakimi öz tərəfinə çəkmək ehtimalını artırır. “Ali Məhkəmənin Tarixi” jurnalının redaktoru Melvin Urofski bir hadisəni bu cür xatırlyır – “Məhkəmə prosesində çox vaxt azlıqda qalan hakim Tomas Klarens deyərdi ki, gərək biz hakimlər həmişə səmimi münasibəti saxlayaq, çünki bu gün mənim gözlədiyimin əksinə qərar çıxaran hakimə hər hansı hüquqi mövqe ilə bağlı sabah mənim özümün ehtiyacım yaranar bilər.” Məhz bu səbəbdəndir ki, məhkəmə qərarına dair xüsusi rəy yazan hakimlər fikirlərini “həmkarlarımın mövqeyinə hörmətlə bildirirəm” ifadələri ilə bitirirlər.
 
2. Ağıllı və sadəlik
Təbii ki, “Ali Məhkəmənin hakimi bilikli olmalıdır” ifadəsini işlətmək artıq hakimi aşağılamaq kimi səslənə bilər. Lakin hakim hər bir halda özünün kim olduğunu hiss eləməldir, özünü dərk etməlidir. Ən pis hakim odur ki, ali məhkəmə hakimi olmasına baxmayaraq, orada olmağı istəmir. Belələri hakim olduqlarını təm mənada anlaya bilməzlər. Məhz belə hakimlər ətraflarında qorxu hiss yaratmaqla məhkəmədə çalışanları narahat edirlər.
Ağıllı olmaqla bərabər, hakimlər sadə olmalıdırlar. Hakim anlamlıdır ki, o, dünyanın problemini həll etmək iqtidarında deyil və sadəcə ali məhkəmənin hakimidir, nəinki tanınmış bir şəxsdir. Vaxtilə sabiq hakim David Souter barədə belə deyilirdi: o, lider deyildi, lakin Souterə görə, hakim insan hərəkətlərini mühakimə edir və hakimlər də insan varlığı olaraq mükəmməl varlıq deyillər.
 
3. Məhkəməyə hörmət
Bir-birinə qarşı sayğı ilə yanaşmaqla bərabər, hakimlər öz təmsil etdikləri quruma da hörmətlə yanaşmalıdırlar. Bu, o, deməkdir ki, hakim anlamalıdır ki, məhkəmə hakimiyyəti hakimiyyətin sərbəst qollarından biri olmaqla bu “üçlüy”ü formalaşdıran komponentdir.
 
4. Müxtəlif peşələrdən gələn hakimlər
Bəzən ölkə başçısı sentorlar, hüquq professorları və tanınmış vəkillər arasından Ali Məhkəməyə hakim təyin edir. Bununla belə, Riçard Niksonun prezidentliyi dönəmindən bəri bu vəzifəyə əsas etibarilə aşağı instansiyada çalışmış hakimlər təyin edilirlər. Peşə keyfiyyətləri və göstəriciləri baxımından belələrini hakim təyin etmək daha asandır. Uofski vaxtilə siyasi təcrübəsi olmuş şəxslər arasından hakim təyin edilməsi praktikasını “çox böyük səhv” adlandırır. Bununla belə Urofski hesab edir ki, ali məhkəmənin hakim elə bir insan olmalıdır ki, o, hökumətin necə fəaliyyət göstərdiyini duysun.
 
5. Nəyi etmək olmaz
Bütün hakimlər ideal deyildirlər. Məsələn, Hakim Frankfurter bəlkə də, Ali Məhkəmənin tarixində ən ağıllı hakim olmuşdur, lakin onun eqoizmi çox yüksək olduğundan o, bəzən həmkarlarına nəsihət verməkdən çəkinməzdi. Əslində ali məhkəmənin hakimləri özlərinə yüksək səviyyədə dəyər verən fərdlərdirlər və bu cür nəsihətamiz söhbətlər onlara xoş gəlmir. Hətta hakim Vilyam Duqlas yuxarıda adıçəkilən hakim Frankfurterin hərəkətlərindən qıcıqlananlardan birincisi idi. Elə ki, Frankfurter ağızını açırdı ki, danışmağa başlasın, Duqlas söhbətə məhəl qoymadan ona gələn məktubları götürərək gedib divanda əyləşib onları oxumağa başlayardı və söhbət Duqlasın bu sözləri ilə bitərdi –“Əslində mən işlə bağlı bu cür səs verəsi idim, lakin elə ki, Frankfurter məsələyə münasibət bildirir, mən onun əksinə mövqe bildirmək qərarına gəlirəm.”

(c) http://www.livescience.com/