Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Hakim ayağının masa üzərində nə işi var?!
06.03.2017 1393


Bu yaxınlarda Rusiya hüquq sistemində maraqlı bir hal baş vermişdir. Belə ki, Beloqlinskiy Rayon Məhkəməsindəki hakim vəzifəsindən sosial şəbəkələrdə “yüngül” fotolar paylaşdığına görə uzaqlaşdırılan 59 yaşlı sabiq hakim İrina Parfyonovanın işi Krasnodar Əyalət Məhkəməsinə çıxarılacaqdır. Hazırda Rostov əyaləti Vəkillər palatasının vəkili olan bu xanım RF Cinayət Məcəlləsinin 291.1.5-ci maddəsi (xüsusilə külli miqdarda rüşvət verməkdə vasitəçilik etdiyi üçün – 7 ilədək azadlıqdan məhrumetmə) üzrə təqsirli bilinir.
 
Təhqiqat materiallarına əsasən, Parfyonova narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən müttəhimin müdafiəçisi olmuşdur. 05.05.2016-cı il tarixdə o, icraatı aparan müstəntiqlərə işi dayandırmaları üçün 2,5 milyon rubl rüşvət verməyi təqsirləndirilən şəxsə təklif etmişdir. Müttəhim onun bu qədər vəsaiti olmadığını bildirdikdə vəkil məbləği 1,5 milyona endirmişdir. Halbuki müstəntiqlərin hadisə barədə xəbərləri yox imiş. Məsələ ilə bağlı vəkil Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs olunmuşdur.

Vəkilin vaxtilə hakimlik fəaliyyətinin dayandırılmasının başlıca səbəbi isə onun sosial şəbəkələrdə hakim kürsüsündə şəkilini paylaşmasıdır. O, ayaqlarını masanın üzərinə qoymaqla şəkil çəkmiş və onu sosial şəbəkədə yaymışdır. O, 10 ildən artıq idi ki, hakimlik edir və bundan əvvəl prokurorluq orqanlarında çalışmışdır. Maraqlıdır ki, barəsində aparılan cinayət işinə vaxtilə Parfyonovanın işlədiyi məhkəmədə baxılacaqdır.

(c) pravo.ru