Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Əlilliyi olan şəxslər və vətəndaş cəmiyyəti təşkilatları üçün Resurs Mərkəzi fəaliyyətə başlamışdır
09.03.2017 387


Bu ilin əvvəlindən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən "Hüquqlar və Ləyaqət” Layihəsi çərçivəsində əlilliyi olan şəxslər daxil olmaqla həssas qruplardan olan şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə Resurs Mərkəzi fəaliyyətə başlamışdır. Hüquqi xidmətlər həm şifahi məsləhətlərin göstərilməsi, yazılı hüquqi rəy və arayışların verilməsi, habelə zəruri hallarda məhkəmə təmsilçiliyini ehtiva edəcəkdir. Eyni zamanda Mərkəzin feysbuk və e-mail ünvanına gəlmiş sorğular elektron qaydada cavablandırılacaqdır

Resurs Mərkəzində göstərilən hüquqi xidmətlərlə yanaşı, Resurs Mərkəzinin hüquqşünasları Bakı şəhərində ucqar yerlərdə yaşayan və ya Mərkəzə gəlmək üçün hərəkət qabiliyyəti məhdud olan şəxslər üçün ayda bir neçə dəfə olmaqla səyyar hüquqi xidmət göstərəcəkdir. 

Əgər ödənişsiz hüquqi xidmətə ehtiyacınız varsa, lakin Resurs Mərkəzinə gəlmək qabiliyyətiniz məhduddursa, o zaman siz Resurs Mərkəzi ilə əlaqə saxlayıb sizə səyyar/yerində hüquqi xidmətin göstərilməsi üçün müraciət edə bilərsiniz. Müraciət əsasında vaxt təyin ediləcək və sizə yaşadığınız ünvanda hüquqi xidmət göstəriləcəkdir.

Həssas qruplardan olan şəxslərə ödənişsiz hüquq xidmətlərinin göstərilməsi ilə yanaşı, Resurs Mərkəzi BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasına əsasən iqtisadi və sosial hüquqlarla bağlı mövzularda potensialın artırılması və maarifləndirmə tədbirləri həyata keçirmək istəyən vətəndaş cəmiyyəti təşkilatları və hüquqşünas cəmiyyəti nümayəndələri üçün Mərkəzdə bu cür tədbirlər keçirmək üçün lazımi şəraiti təklif edir.

Mərkəz istirahət və bayram günləri istisna olmaqla saat 09:00-18:00-dək fəaliyyət göstərir.
 
Mərkəzin əlaqə məlumatları:
Bakı şəhəri, Füzuli küçəsi 49, SKS Plaza, 3-cü mərtəbə
Tel: +994 12 594 57 31

(c) AHİM