Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Kirayə müqaviləsinin vaxtından əvvəl ləğvinə dair Almaniya Konstitusiya Məhkəməsinin yanaşıması
13.03.2017 540


Hörmətli oxucularımızın diqqətinə öz nümunəviliyi ilə seçilən Almaniya Federal Konstitusiya Məhkəməsinin köhnə (08.01.1985) olmasına baxmayaraq, kirayə müqaviləsinin ləğvi ilə bağlı qəbul etdiyi qərarı (1 BvR 792/83) barədə müxtəsər məlumat veririk. Qeyd olunmalıdır ki, bu qərar özlüyündə milli məhkəmələrimizin təcrübəsi baxımından da əhəmiyyətə malik ola bilər.

Qeyd olunan dövrdə qüvvədə olan Almaniya Mülki Məcəlləsinin 564b maddəsinin tələbinə əsasən, kirayəyə verən kirayə münasibətlərinə bu münasibətlərə xitam verilməsində “əsaslı marağı” olduğu halda xitam verə bilər. “Əsaslı maraq” dedikdə bunlar nəzərdə tutulur: a) kirayəçi öz öhdəliklərini təqsirli olaraq əhəmiyyətli dərəcədə pozduqda; b) kirayəyə verənin özü və ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; c) kirayəçi əmlakdan (torpaqdan) onun təyinatı uyğun olmayaraq təsərrüfatsızcasına istifadə etdikdə.

Beləliklə, Konstitusiya Məhkəməsi tərəfindən çıxarılmış qərarın əsasında iki şikayət durur:

a) İddiaçılar (kirayəyə verənlər) öz ailəsi ilə 3 otaqlı mənzildə kirayədə yaşıyırlar, lakin öz mülkiyyətində olan 7 otaqlı mənzili kirayəyə vermişlər. İddiaçılar kirayəçilərdən evi boşlatmalarını tələb edirlər, lakin kirayəçilər özlərinin ahıl yaşda olduqlarını nəzərə alaraq evdən çıxmalarını mümkünsüz hesab edirlər. Aşağı insantansiya məhkəmələri iddiaçıların (kirayəyə verənlərin) iddiasını rədd etmişdir. Məhkəmənin qənaətinə görə, 250 kv.metrlik, 7 otaqlı mənzil 3 nəfər üçün kifayət qədər böyük sahədir və mənzil olan ehtiyac şişirdilmiş olduğundan onun geri verilməsini mülki qanunverciliyin mövqeyinə əsasən, tələb etmək mümkün deyildir. Konstitusiya Məhkəməsinə şikayət verən iddiaçılar hesab edirlər ki, aşağı instansiya məhkəməsinin qərarları onların Konstitusiyanın 14-cü maddəsi ilə təsbit olunmuş mülkiyyət hüquqlarını pozmuşdur: “mülkiyyətin özəl faydalılığı” və “sosial öhdəlik yaratması” prinsipləri arasındakı tarazlıq pozulmuşdur.

b) İkinci iddiaçı (qocalar evində yaşayan şəxs) özünün ehtiyacı olduğu 3 otaqlı mənzilinin kirayədən çıxarılmasını çalışır. O, hesab edir ki, özünün yaşlı olması və hərəkət məhdudiyyəti ilə bağlı 1-ci mərtəbədə yerləşən mənzildə özü qalmalıdır və bunun üçün kirayəçilər mənzili tərk etməlidir. İddiaya baxan yerli məhkəmə hesab etmişdir ki, iddiaçı (kirayəyə verən) “uyğun və layiqli şəkildə” qocalar evində yerləşdirildiyindən cavabdehin mənzilə artıq ehtiyacı yoxdur. Bütün məhkəmə instansiyaları məsələyə eyni prizmadan yanaşmışdır. Lakin konstitusiya şikayət verən iddiaçı hesab edir ki, onun qocalar evində olması özünün məzilə ehtiyacı olmasını aradan qaldırmamışdır və yaşlı kirayəyə verən qocalar evində qalmağa və ömürünün sonunu orada keçirməyə məcbur edilə bilməz.

Beləliklə, Konstitusiya Məhkəməsi 1-ci şikayəti əsassız hesab etmiş və qeyd edir ki, müqaviləyə xitam verilməsi üçün “əsaslı marağ”ın mövcudluğu əslində mülkiyyətçinin (kirayəyə verənin) sənəcam vermək hüququnu məhdudlaşdırır. Lakin bu müddəa demokratik cəmiyyətdə ümumi maraqlar naminə kirayəyə verənin özbaşına şəkildə birisini yaşayış yerindən məhrum etmək “imtiyaz”ını aradan qaldırır. Çünki kirayə münasibətlərində əmlakın həm də sosial funksiyası vardır, lakin qanunverici mülkiyyətçini tam şəkildə mülkiyyət hüquqlarından məhrum etmir və məhz bu məqsədlə Mülki Məcəllənin 564b maddəsi çərçivələri (meyarları) müəyyən etmişdir.

2-ci şikayətlə
bağlı Konstitusiya Məhkəməsi aşağı məhkəmələr tərəfindən qanunun düzgün tətbiq olunmadığı qərarına gəlmişdir. Konstitusiya Məhkəməsi qeyd edir ki, qanunların “sadə hüquqi şərhi” və onların konkret vəziyyətdə tətbiqi məsələsi aşağı məhkəmələrin yurisdiksiyasındadır. Bununla bərabər kirayə münasibətləri ilə bağlı məhkəmələr işlərə baxarkən, xüsusi mülkiyyətin konstitutsion hüquqi tanınması və sosial ədalət prinsipləri arasında tarazlığa diqqət yetirməlidir. Və bu şikayətlə bağlı məhkəmələr mülkiyyət hüququnun təmin edilməsi və onun əhəmiyyətini düzgün qiymətləndirməmişdir. Dolayısilə iddiaçının qocalar evində “uyğun və layiqli şəkildə” yerləşdiriməsi əsası ilə onun yaşayış sahəsinə ehtiyacının olmaması kimi əsaslandırma kirayəyə verənin mənafeyinin birtərəfli şəkildə pozulması deməkdir və tarazlığın pozuntusu kimi qiymətləndirilməlidir. Aşağı məhkəmələrin qərarı ilə iddiaçının azadlığı əhəmiyyətli dərəcədə məhdudlaşdırılır, belə ki, o, həyatını mülkiyyətdən düzgün hesab etdiyi kimi istifadə edərək qura bilmir. Məhkəmələrin bu cür qənaətə gəlməsi barədə qanunlara verdiyi təfsir, yanaşma mülkiyyət hüququnun təmin edilməsi prinsipi ilə bir araya sığmır və mülkiyyətin həddindən artıq gərəksiz yüklənməsinə səbəb olur.

(c) AHİM