
Beləliklə, qeyd olunan sənədin adı “Dövlət orqanları tərəfindən qərar qəbul edilməsi prosesinə təsir baxımından lobbiçilik fəaliyyətinin hüquqi nizamlanması üzrə töysiyələr”dir. Tövsiyələrdə qeyd olunur ki, açıq hökumət və qərar qəbul edilməsində şəffaflığın təmin edilməsi baxımından lobbiçilik fəaliyyəti faydalı olsa da, üzv ölkələrin əksəriyyətində bu fəaliyyəti tənzimləyən ətraflı qanunvericilik bazası yoxdur. Bu mənada şəffaflığın təmin edilməsi baxımından üzv dövlətlər lobbiçilik fəaliyyətinin qeydiyyatı üzrə müvafiq dövlət orqanına səlahiyyət verməli və bu reyestr ictimaiyyətə açıq olmalıdır. Qeydiyyat məlumatları ən azı aşağıdakı informasiyaları özündə ehtiva etməlidir: lobbiçinin adı, lobbiçilik fəaliyyətinin mövzusu, xeyirinə lobbiçik fəaliyyəti göstərilən sifarişçinin kimliyi.
Normativ sənəddə həmçinin lobbiçilərin etik davranış məsələləri, qaydaları pozduğu təqdirdə onlara tətbiq olunacaq effektiv sanksiyalar öz əksini tapmalıdır.
Təcrübədə əksər lobbistlərin vaxtilə dövlət rəsmiləri arasından çıxdığını nəzərə alaraq, Nazirlər Komitəsi hesab edir ki, lobbiçik fəaliyyətinə başlamamışdan əvvəl dövlət qulluqçuları vəzifədən getdikdən sonra müəyyən “soyuma müddəti”ni keçməlidirlər. Yəni, qanunvericlikdə dövlət qulluqçusu vəzifədən getdikdən sonra müəyyən müddət müəyyənləşdirilməlidir ki, məhz həmin müddət keçəndən sonra lobbist olmaq istəyən sabiq dövlət qulluqçusu fəaliyyətə başlaya bilər. Bu mexnizmin məqsədi lobbistin vaxtilə işlədiyi sfera ilə əlaqələrinin “soyuma”sından ibarətdir ki, bu qərəzsiz, qeyri-qanuni təsirlərin aradan qaldırılması və obyektiv fəaliyyətin təmin edilməsi baxımından əhəmiyyətlidir. Tövsiyələrdə eyni zamanda "dövlət qulluğu üzrə qanunvericilikdə dövlət qulluqçuları ilə lobbistlər arasında münasibətləri tənzimləyən normalar da qeyd olunmalıdır" bildirilir.
(c) AHİM