Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
İordaniya Krallığının cinayət qanunvericiliyinə “mütərəqqi yenilik”lər gətirilir
02.05.2017 752


Aprelin 30-da İordaniya Krallığının qanunverici orqanı tərəfindən qəbul olunmuş Cinayət Məcəlləsinin 308-ci maddəsinin ləğvi ilə bağlı qanunu qüvvəyə minmişdir. Ləğv olunmuş maddə zorlama cinayəti ilə bağlı idi ki, təzə dəyişikliyə əsasən, zorlama cinayəti törədən şəxs cinayətin qurbanı ilə azı 3 il müddətinə nikaha daxil olmağa öhdəlik götürərsə, cinayət məsuliyyətindən azad olunacaqdır. Əslində məcəlləyə bu dəyişiklik 2016-cı ilə edilmişdir və cinayətin qurbanı qismində 15-18 yaşlı qadınlar tanınır və cinayətə görə təqsiri aradan qaldıran şərt qismində azyaşlı qadınların öz xoşluqları ilə cinsi münasibətə girməsi qeyd olunur. İordaniyada bu dəyişikliyə qarşı qadınların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən çoxsaylı təşkilatlar qoşulsalar da, bir nəticə əldə edə bilinməmişdir.
 
Qeyd olunmalıdır ki, dünya təcrübəsində analoji qanunvericilik hazırda Livan, İraq, Filippin, Mərakeş, Misir, Efiopiya və Bəhreyndə mövcuddur.

Mahiyyətcə məsələnin mənbəyi şəriət hüququna bağlanır. Belə ki, İslam zorlayan şəxsin zorlanan şəxslə nikaha daxil olmasını qadağan etmir. Şəriətdə və ümumən şəriətlə idarə olunan cəmiyyətdə zorlanmış qadına “xoş” baxılmaması zorlamadan sonrakı nikahın cəmiyyət tərəfindən normal qarşılanmasını şərtləndirmiş olur. Məsələyə digər tərəfdən baxdıqda görmək olar ki, islam ölkələrinin təcrübəsində adətən zorlamaya məruz qalmış qadınlar danşlanma və s. bu kimi müxtəlif cismani cəzalara məruz qalırlar. Dolayısilə şəriətin göstərdiyi bu cür ağır “həll yolu” qadınlar üçün daha məhrumiyyətlidir, nəinki onu zorlayan şəxslə ailə qurulması. Beləlikə, şəriət hüququ zorlama cinayətlərinin qarşısını almaqda acizdir və məhz bu səbəbdəndir ki, uzun illərdir bu cinayətin nəinki qarşısı alına bilinib, hətta islam ölkələri zorlama cinayətlərinin statistikası üzrə dünyada liderdirlər.

İordaniyalı qadın porkuror İsra Tavalbeh, “308-ci maddənin ləğvi, əslində cinayət qurbanı olan qız uşaqlarının valideyinləri və qohumları tərəfindən öldürülməsindən daha yaxşıdır. Zənnimcə, bu dəyişiklik bizim cəmiyyətin reallığı ilə uzlaşmaqdadır” deyir.

Lakin qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar hesab edirlər ki, qanunvericiliyə gətirilmiş bu cür yeniliklər qadınların hüquqlarını məhdudlaşdırmaqdan başqa bir şey deyildir və cəmiyyəti inkişaf baxımından geriyə aparmaqdadır. Onlara görə, dövlət problemin həlli ilə bağlı əslində özünün məsuliyyətini aradan qaldıran bu cür məhdudlaşdırıcı mexanizmlərdən istifadə etməkdənsə, daha mütərəqqi üsullara müraciət edə bilərdi. Bu cür üsullar uzun perspektivdə ictimai münasibətlərin inkişafına daha çox zərər vurmaqdadır ki, son nəticədə qadınların cəmiyyətə normal inteqrasiyasını və şəxsi hüquqlarının müdafiəsini, psixoloji reabilitasiyasını heçə endirir.

(c) AHİM