Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
"Azərbaycan Vəkili"nin 12-ci sayı çıxmışdır
15.05.2017 1635


Hörmətli oxucular!

Bu günlərdə “Azərbaycan Vəkili” jurnalının 12-ci sayı işıq üzü görmüşdür. Nəşrin bu sayında oxucular maraqlı müəllif yazıları ilə tanış ediləcəklər ki, buraya əməkdar hüquqşünas Müzəffər Ağazadənin xuliqanlıq cinayətləri ilə bağlı, vəkil Anar Bağırovun xarici ölkələrdə ödənişsiz hüquqi yardım institutunun hüquqi tənzimi, vəkil Paşa Səfərovun vəkilin nitq mədəniyyəti, hüquqşünas Toğrul Quluzadənin delikt və robotların arasında hüquqi əlaqə və s. bu kimi məsələlərə həsr olunmuş yazılar daxildir.
 
Eyni zamanda qeyd olunmalıdır ki, jurnalın bu sayında yerli və beynəlxalq hüquq xəbərləri mövzusuna xüsusi yer verilərək oxuculara faydalı məlumatlar təqdim edilmişdir.

Məlumat üçün bildirək ki, “Azərbaycan Vəkili” jurnalına istənilən hüquqşünas hüququn aktual məsələlərinə həsr olunmuş yazılar, məqalələr verməyə dəvət olunurlar. Bunun üçün məqalə göndərmək istəyən şəxslər info@lawreform.az ünvanına öz yazılarını göndərə bilərlər. Yazılar tarix baxımından daxil olma ardıcıllığına görə jurnalda işıq üzü görəcəkdir.

Qeyd olunamlıdır ki, Jurnal, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyi-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 1000 tirajla buraxılır və bütün vəkil korpusu, habelə hüquqşünaslar arasında pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur. Jurnalın vəkil məsləhətxanaları arasında paylanılmasını VKRH təmin edir.
 
Qeyd: Jurnalın bu sayı gün ərzində elektron bazaya yerləşdiriləcək və bu linkə daxil olaraq yüklənilə bilər.

(c) AHİM