Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
ELAN: "Əmək müqaviləsi və praktiki problemlər" mövzusunda seminar
15.05.2017 232


Təşkilatçılar: WWW.LAWYERS.AZ və “Hüquq Resurs və İnformasiya Mərkəzi” İB

Mühazirəçilər: Ruhiyyə İsayeva və Anar Ramazanov

Ruhiyyə xanım İsayeva 17 ildən çox təcrübəyə malikdir və əmək, kommersiya, vergi, əqli mülkiyyət, telekommunikasiya, ailə hüququ və hüququn digər sahələri üzrə ixtisaslaşmışdır. Ruhiyyə xanım 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və təsis etdiyi Hüquq Resurs və İnformasiya Mərkəzi İctimai Birliyinin sədridir. Hazırda Dentons hüquq şirkətində məhkəmə işləri üzrə böyük hüquqşünas qismində fəaliyyət göstərir. 2013-cü ildən Bakı Dövlət Universitetində Avropa Hüququnun Milli Hüquqa Təsiri fənnini tədris edir.

Anar Ramazanov Bakı Dövlət Universitetinin məzunudur. Müxtəlif dövlət orqanları, o cümlədən Mərkəzi Bank və özəl təşkilatlarda, o cümlədən maliyyə təşkilatlarında çalışmışdır və 13 ildən çox təcrübəyə malikdir. Hazırda ANF Consulting şirkətinin partnyorudur. Əmək hüququ, kommersiya hüququ, vergi hüququ, mülki hüquq, bank və maliyyə, daşınmaz əmlak və torpaq hüquq sahələrində ixtisaslaşmışdır.

Seminarda aşağıdakı mövzular əhatə olunacaqdır:
- əmək müqaviləsi və oxşar müqavilələr;
- əmək müqaviləsinə xitam verilməsi və praktiki problemlər;
- dövlət orqanları tərəfindən aparılan yoxlamalar;
- əmək mübahisələri.

Tarix: 23 May, 19:00 (seminar 19:00-da başlayacaq)

Ünvan: Caspian Business Center

Amerika Təhsil Mərkəzi, 2-ci mərtəbə
C. Cabbarlı küç., 40
(+99412) 437 13 46
(+99412) 437 14 95

Yerlərin məhdud olduğunu nəzərə alaraq, iştirakınızı contact@lawyers.az ünvanına e-poçt göndərməklə və ya BU KEÇİDDƏN istifadə etməklə təsdiq etməyinizi xahiş edirik. Yalnız qeydiyyat keçmiş şəxslər seminarda iştirak hüququ əldə edəcəklər.

(c) lawyers.az