Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Azərbaycanda maraqların toqquşması haqqında qanun layihəsi müzakirə olunmuşdur
18.05.2017 334


Bu gün Bakı şəhərində - Holiday İnn mehmanxanasında Avropa İttifaqı və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə prokurorlar və məhkəmə hakimləri üçün “Maraqların toqquşmasının qarşısının alınması” mövzusunda birgünlük simpozium keçirilmişdir.
 
Tədbiri giriş sözü ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Heydər Məmmədov açmışdır. Simpoziumda Azərbaycan Respublikası Prezidentinin "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdqi edilməsi haqqında Sərəncamının tələbinə əsasən Dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi vurğulanmışdır.

İnteraktiv şəkildə aparılmış simpoziumda “Moldova Respublikasının təcrübəsində maraqların toqquşması”, “Albaniyada maraqların toqquşmasının qarşısının alınması haqqında qannunverciliyin xüsusiyyətləri və bu sahədə təcrübə”, “Azərbaycan Respublikasında maraqların toqquşmasının qarşısının alınması sahəsində qanunvericiliyin cari vəziyyəti və Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi” mövzularında təqdimatlar olmuş, tədbir iştirakçıları arasında kazuslar həll olunmuş, tədbirin sonunda isə iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Məlumat üçün bildirilməlidir ki, hazırada "Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında" qanun layihəsi Milli Məclisdədir və qanun layihəsinin mətnin Korrupsiyaya qarşı Müabrizə üzrə Komissiyanın saytından bu KEÇİD vasitəsilə yükləyə bilərsiniz.

Qeyd olunmalıdır ki, simpozium Avropa İttifaqı tərəfindən maliyyələşdirilməklə “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində təşkil olunmuşdur.

Tədbirdə Aİ-nın beynəlxalq ekspertləri qismində ABŞ və Moldovanın sabiq prokurorluq işçiləri xanım Pamela Fahey, Stanislav Pavlovski (AİHM-nin Moldoviyadan olan sabiq hakimi), Albaniyadan olan beynəlxalq ekspert xanım Helena Papa, yerli ekspert qismində isə Azərbaycan Hüquq İslahatları Mərkəzinin nümayəndəsi Fərhad Nəcəfov iştirak etmişdir.

(c) AHİM