Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Vəkillərin töhfəsi və "Hüquq və Mən" layihəsi yekunlaşdırılmışdır
23.05.2017 822


BMT-nin 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktının 13-cü maddəsinədə qeyd olunur ki, “Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir”. Bu postulatdan çıxış edərək bu gün Azərbaycan Hüquq İslahatları Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılmışdır. Layihə Bərdə, Şirvan, Şamaxı, Qobustan, Goranboy, Şəmkir, Göygöl, Abşeronun hər birində bir məktəb, Dəliməmmədli şəhərində isə 2 məktəbi əhatə etmişdir.

Peşəkar vəkillər və hüquqşünaslar tərəfindən və əsasən 10-11-ci sinif şagirdləri üçün keçirilən təcrübi-nəzəri təlimlər 5 həftə davam etmiş və sonuncu – 6-cı həftə isə onların məhkəmələrin fəaliyyəti tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə Yasamal Rayon Məhkəməsi, Gəncə şəhər Nizami Rayon Məhkəməsi, Bərdə, Şirvan, Qobustan, Şamaxı rayon məhkəmələrinə ekskursiyalar təşkil edilmişdir.

Layihə çərçivəsində, şagirdlər üçün təlimlərdə istifadə üçün illüstrativ formatda oxu kitabı və işçi dəftər təqdim olunmuşdur. Məxsusi olaraq vəsaitlər üçün illüstrasiyalar Almaniyanın Potsdam Universitetinin qrafika-dizayn fakültəsi tərəfindən hazırlanmışdır.

Qeyd olunduğu kimi bu günlərdə adları çəkilən məhkəmələrdə ekskursiyalar yekunlaşdırılmış. Məhkəmələrin sədrləri şəxsən şagidləri qəbul edərək onlara gələcək həyatlarında uğurlar arzulamış, fərqlənin şagirdləri təşəkkürnamələr ilə təltif etmiş və əyani məhkəmə prosesləri ilə tanış olmaları məqsədilə onlara şərait yaratmışdır.

Yasamal Məhkəmə Kompleksində Abşeron məktəbliləri üçün keçirilən sonuncu ekskursiyada Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Azərbaycan Hüquq İsalahatları Mərkəzinin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov, GIZ-in Azərbaycan üzrə rəhbəri Fillip Yahn da iştirak etmişlər. Görüşdə layihənin rəhbəri Anar Bağırov layihənin indiyə kimi buna oxşar tədbirlərdən öz unikallığı ilə seçilməsini, şagirdlərin hüquqi biliklərinin artmasında əhəmiyyətini vurğulamış, habelə layihənin gələcəkdə davamlılığının təmin edilməsinin vacibliyini qeyd etmişdir. Eyni zamanda GIZ-in təmsilçisi Fillip Yahn layihədən məmnunluğunu ifadə edərək təmsil etdiyi təşkilatın layihəyə xüsusi əhəmiyyət verdiyini ifadə etmişdir.
 
Təlim və ekskursiya zamanı çəkilmiş şəkilləri oxuculara təqdim edirik.