Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
AİHM ərizələrə prioritet qaydada baxılması qaydalarına dəyişiklik edib - QAYDALAR
02.06.2017 289


2009-cu ilin iyununda Avropa Məhkəməsi icraatına götürdüyü xüsusi əhəmiyyətli, zəruri işlərə sürətlə baxılması və müvafiq qərarın qəbul edilməsi üzrə xüsusi Qaydalar qəbul etmişdi. Qaydalara əsasən işlər əhəmiyyətinə və baxılma prioritetliyinə/üstünlüyünə görə 7 kateqoriyaya bölünür.

Bu ilin may ayının 22-də isə bu Qaydalara bir sıra dəyişikliklər edilmişdir ki, onlar aşağdakı kimidir:
 
A. Dövlətlərarası işlər: əvvəllər Qaydlara görə 2-ci kateqoriyalı işlər hesab edilən “dövlətlərarası mübahisə”lər Qaydalardan çıxarılmışdır. Belə ki, özünəməxsusluğuna görə bu qəbildən olan işlərə baxılması proseduru fərdlər tərəfindən verilən şikayətlərə baxılmasından fərqlənir. Ona görə də onlara bu Qaydalar çərçivəsində baxılması doğru hesab edilməmişdir.
 
B. Azadlqıdan məhrum etmə ilə bağlı işlər: qeyd olunan məqam 1-ci kateqoriyaya əlavə olunmuşdur. Əvvəllər 1-ci kateqoriyalı işlərə əsas etibarilə “ərizəçinin həyat və sağlamlığına real risklərin mövcudluğu” meyarı aid idisə, yeni dəyişikliyə əsasən, “şəxsin Konvensiya ilə təsbit olunmuş hüquqlarının pozuntusu nəticəsində onun azadlığının/hərəkətinin məhdudlaşdırılması” 1-ci kateqoriyalı işlərin siyahısına daxil edilmişdir.
 
Beləliklə, Qaydalara əsasən, kateqoriyalar üzrə işlərin prioritetliyi aşağıdakı ardıcıllıqla sıralanır:
 
1-ci kateqoriya: təcili ərizələr (şəxsin həyat və sağlamılığı üçün riskli sayıla bilən hallar, şəxsin Konvensiya ilə təsbit olunmuş hüquqlarının pozuntusu nəticəsində onun azadlığının/hərəkətinin məhdudlaşdırılması, ərizəçinin şəxsi və ya ailə vəziyyəti ilə bağlı ola biləcək digər hallar, xüsusilə, uşağın sağlamlığı, ona baxılması ilə bağlı hallar);
 
2-ci kateqoriya: Konvensiyanın səmərəli fəaliyyətini təhlükə altına qoyan hallar ilə bağlı ərizələr (struktural və müəyyən regiona xas işlər ki, bu tip işlərə baxılması Avropa Məhkəməsinin təcrübəsində olmamışdır) və ümumi/ictimai maraq kəsb edən işlərlə bağlı ərizələr (milli və ya Avropa hüquq sisteminin bötüvlüyünə/səmərəliliyinə mənfi təsir göstərə biləcək xüsusi hallar);
 
3-cü kateqoriya: təkrarlanan olub-olmamasından asılı olmayaraq, fərdin fiziki sağlamlığına və şərəf/ləyaqətinə təhlükə törətmə ehtimalı böyük olan hallarla bağlı ərizələr (Konvensiyanın 2,3,4-cü maddələri və ya 5-ci maddəsinin 1-ci bəndi ilə bağlı pozuntular);
 
4-cü kateqoriya: Konvensiyanın digər müddəaları ilə bağlı və kifayət qədər yaxşı əsaslandırılmış pozuntulara dair ərizələr;
 
5-ci kateqoriya: elə ərizələr ki, orada qeyd olunan mübahisə predmeti vaxtilə Avropa Məhkəməsi tərəfindən baxılmış işlərin predmeti ilə bənzərdir və Avropa Məhkəməsinin bu sahədə artıq oturuşum presedent praktikası mövcuddur.
 
6-cı kateqoriya: qəbuledilənliyi (Konvensiyanın 35-ci maddəsi) şübhə doğuran ərizələr;
 
7-ci kateqoriya: aşkar qəbuledilməz şikayətlərlə bağlı ərizələr.
 
© http://www.echr.coe.int/