Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
HELP Platformasının təşviqi üzrə Azərbaycan neçənci yerdədir?
19.06.2017 410

 
Bu gün Fransının Strasburq şəhərində Avropa Şurası tərəfindən icra olunan Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP) 2016-ci ilin yekunları üzrə hesabat yığıncağı keçirilmişdir. Avropa Şurasına üzv 47 ölkədən 150-dən çox təmsilçinin iştirak etdiyi tədbirdə aşağıdakı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır:
 
a) Hal-hazırda HELP platforması nəinki Avropa Şurasına üzv olan ölkələrin hüquqşünasları, həmçinin ABŞ, Meksika, Avstraliya və sair bu kimi ölkələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən istifadə olunmaqdadır. Ümumən, 18000 platforma istifadəçilərindən 1750-i AŞ-na üzv olmayan ölkələrin təmsilçiləridir.
 
b) Hazırda – 2017-ci il üzrə dünyada HELP platformasının istifadəçilərinin sayı 18000-dir. 2010-cu ildən fəal istifadə olunmasına baxmayaraq, 18 mindən 8 min istifadəçi son 2 il ərzində qeydiyyatdan keçmişlər.
 
c) HELP platformasından istifadə üzrə istifadəçi sayına və fəallığına görə ölkələr aşağıdakı kimi sıralanmışdır:
 
1.
Fransa
14.
Moldova
2.
Rusiya
15.
Litva
3.
Ukrayna
16
Belçika
4.
İtaliya
17.
Bolqarstan
5.
İspaniya
18.
Polşa
6.
Türkiyə
19.
Gürcüstan
7.
Rumıniya
20.
Niderland
8.
Serbiya
21.
Avstriya
9.
Birləşmiş Krallıq
22.
Ermənistan
10
Albaniya
23.
Makedoniya
11.
Yunanstan
24.
Almaniya
12.
Bosniya
32.
Portuqaliya
13.
Azərbaycan
33.
Macarıstan
















Qeyd olunmalıdır ki, tədbirdə Azərbaycanın 2016-cı il üzrə HELP platformasının təbliği və təşviqi üzrə fəaliyyəti Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığının bölmə rəhbəri xanım Tatyana Termaçiç tərəfindən ən yaxşı nümunələrdən biri kimi qiymətləndirilmişdir.
 
Tədbirdə ölkəmiz HELP platformasının vəkillər və hakimlər üzrə əlaqələndiriciləri Fərhad Nəcəfov, Zülfiqar Babayev, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov tərəfindən təmsil olunmuşdur.

(c) AHİM