Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Apardığı məhkəmə-hüquq islahatlarına görə Polşa Avropa İttifaqının sanksiyaları ilə üz-üzədir
23.07.2017 207


Avropa İttifaqı hesab edir ki, əgər Polşa məhkəmə islahatlarını dayandırmazsa, ona qarşı sanksiyaların tətbiq olunacağı qaçılmaz olacaqdır. Avropa İttifaqı qeyd edir ki, bu islahatlar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təhdiddir. Sanksiyalar qismində Polşa Avropa İttifaqının əsas orqanı olan Nazirlər Şurasındakı səsvermə hüququndan məhrum edilə bilər.

Avropa Komissiyasının sədr müavini Frans Timmermans, “Polşa hökuməti tərəfindən son vaxtlar həyata keçirilən tədbirlər Polşada qanunun aliliyinə vurula biləcək zərərin bariz nümunəsidir. Polşada islahatlar hələ ki tam yekunlaşdırılmadığından Avropa Komissiyası olaraq gözləmə mövqeyindəyik.” deyib. Polşanın qanunvericiliyinə əsasən, dəyişikliklər Parlament tərəfindən qəbul olunub Prezident tərəfindən təsdiqlənməlidir. Məsələ orasındadır ki, Parlament qeyd olunan dəyişiklikləri artıq qəbul etmiş və Prezidentin təsdiqinə göndərmişdir.

Avropa İttifaqının əsas sənədlərindən olan Lissabon Sazişinin 7-ci maddəsinə əsasən, əgər üzv ölkələrdən birində Aİ-nın təməllərini sarsıdan hərəkətlər/islahatlar aparılarsa, üzv ölkələr Avropa Parlamenti vasitəsilə həmin ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər. Maraqlıdır ki, indiyə kimi Polşadan başqa hər hansı digər üzv ölkəyə qarşı 7-ci maddənin tətbiqi ilə bağlı xəbərdarlıq edilməmişdir.

2015-ci ildə Polşada hakimiyyətə gələn millətçi Hüquq və Ədalət Partiyası məhkəmələr və KİV üzrəində öz təsirini gücləndirmək istiqamətində islahatlar aparmaqdadır.

Parlamentə təqdim olunmuş yeni qanun layihəsinə görə, Ali Məhkəmənin hakimləri vəzifədən azad olunmalı, habelə məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən Məhkəmə-Hüquq Şurası Parlamentin tabeçiliyinə keçməlidir. Eyni zamanda dəyişikliyə əsasən, ümumi məhkəmələrin sədlərini ədliyyə naziri təyin etmək səlahiyyəti əldə edəcəkdir.

Müxalifət hesab edir ki, bu dəyişikliklər məhkəmə hakimiyyəti qolunu siyasiləşdirməklə hakimiyyətlərin bölgüsü prinsipini təhlükə altına qoyacaqdır. İqtidara yaxınlığı ilə seçilən Polşa Prezidenti Andrey Duda hesab edir ki, polyaklar məhkəmələrin fəaliyyətindən o qədər də razı deyillər və bu baxımdan islahatlar düşünülmüş olaraq atılan addımdır.
 
Hazırda islahatların qarşısının alınması məqsədilə minlərlə insan etirazlar etməkdədirlər.

(c) AHİM