Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
2017-ci ilin 6 ayında icra sənədlərinin sayı 695 mindən çox olub - İXTİSARLA
25.07.2017 747


Bu gün “Azərbaycan” qəzetində Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayevlə müsahibə çıxmışdır. Müsahibədə hüquqşünaslar üçün maraq kəsb edə biləcək statistik və digər əlaqəli məlumatları saytımızın oxucularına təqdim edirik.

- Ötən il ərzində yerli icra qurumlarının icraatında olan icra sənədlərinin sayı 712 mini ötüb, bu ilin birinci yarısında isə 695 minə çatıb. Bu, olduqca böyük rəqəmdir və mən deyərdim, arzuolunmazdır. Doğrudur, bunun bir sıra obyektiv Bu cür arzu olunmaz artımın səbəbini Nurəddin Mustafayev u cür izah edir: “Məhkəmə mübahisələrinin çoxluğunun müsbət tərəfləri vardır – vətəndaşların məhkəmələrə inamının artması, aralarındakı mübahisələri məhz bu müstəvidə, mədəni səpkidə həll etməyə üstünlük vermələri kimi. Son dövrlər icra sənədlərinin kəskin artması iqtisadi mübahisələrlə bağlı olur. İcra sənədlərinin böyük bir qismi kredit mübahisələri ilə əlaqədardır.“
 
– Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi təkmilləşdirilərək məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb. Bununla bağlı nazirliyin internet saytında elektron xidmət fəaliyyət göstərir.

- Ötən il görülmüş tədbirlər nəticəsində əvvəlki illə müqayisədə 34 faiz çox – 300 mindən artıq işin icrasına nail olunub, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı təxminən 3 dəfə çox – 560 milyon manatadək vəsait ödətdirilib. Bu sahədə göstəricilər cari ildə də artan templə davam edib, 6 ay ərzində icrası təmin edilən işlərin sayı 54 faiz artaraq 288 mini ötüb.

- Cari il icraatda 700 minə qədər iş olduğu halda, daxil olan şikayətlərin sayı böyük əksəriyyəti dublikat olmaqla 9335 təşkil edib. Başqa sözlə, barəsində şikayət edilən işlərin sayı bütün işlərin heç 1 faizinə çatmır.

- Bəzi hallarda məhkəmə qərarları bir müddət icrasız qalır. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Subyektiv səbəblər əsasən bəzi icra məmurlarının işə laqeyd münasibəti və vətəndaşlarla münasibətlərin düzgün qurulmamasıdır. Bu hallarda həmin icra məmuruna qarşı sərt, o cümlədən intizam tənbeh tədbirləri görülür. Amma əksər hallarda məhkəmə qərarlarının icra olunmamasının səbəbi obyektiv amillərlə bağlı olur. Belə ki, borclunun icradan yayınmaqla axtarışda olması, habelə ölkə hüdudlarını tərk etməsi, ona məxsus hər hansı əmlakın olmaması tələbin qanunla müəyyən edilən müddətdə icrasını demək olar ki, mümkünsüz edir.

(c) AZERTAG