Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
ABŞ-da federal hakim təyin olunmağa namizəd İncilin konstitutiyadan üstün olduğunu iddia edir
28.07.2017 203


Federal hakimliyə namizəd – xanım Emi Koney Barrett hesab edir ki, dini inanc qanundan əvvəl gəlir və bu mənada İncil ABŞ Konstitusiyasından üstün qüvvəyə malikdir.

Məsələ ilə bağlı ABŞ-nin hüquq ictimaiyyətinin təmsiçiləri hesab edirlər ki, Donald Trampın 7-ci dair Apellyasiya Məhkəməsi üçün irəli sürdüyü bu namizəd təhülkəli dini ekstrmist baxışlara sahibdir və yüksək hakim vəzifəsini icra etməyə layiq deyildir.

Bu yaxındlar da “Ədalət Naminə Alyans” təşkilatı Notr Dam Hüquq İnstitutunun müəllimi xanım Barrett haqqında sərt hesabat hazırlayıb. Hesabatda qeyd olunmuşdur ki, Barret hakimlərin qanuna deyil, daha çox dini inanca bağlıanmalı olduğunu bildirmişdir. Hesabatda həmçinin aşağdakılar qeyd olunur: “Hakim olacağını bilən, xanım Barrett öz inancının qanundan üstün olması fikrində olduğunu bilməlidir. O, bu barədə özünün “Böyük hərflərlə katolik hakim” adlı hüquq məqaləsində fikirlərini ifadə etmişdir. Xanım Barrett öz məqaləsində hakim Vilyam Brennanın bu fikrini tənqidlə qarşılamışdır, “mən qanuna riayət edəcəyimə hakim andı içmişəm, söz vermişəm və heç bir inanc bu andın üzərində ola bilməz!” Cavab olaraq xanım Berret qeyd edir ki, “abort və ölüm cəzasına münasibətdə katolik hakim üçün dini baxımdan uyğun olan qərarın qəbul olunması prizmasından biz hakim Vilyam Brennanın mövqeyini müdafiə etməkdən uzağıq.”

“Ədalət Naminə Alyans” təşkilatı sədri Nan Aaron xanım Barrettin təyinatı ilə bağlı “Emi Berret hakimliyə namizəd kimi bildirir ki, vəzifələrinin icrası zamanı hakim öz inancını qanunlardan və Konstitusiyadan üstün tutmalıdır və əgər presedent qərarlar dini baxışlardan fərqli mövqe nümayiş etdirirsə, ona riayət etməmək də olar. Bu cür baxışlar bizim demokratik və məhkəmə sistemimizin prinsiplərinə ziddir və onu hakim vəzifəsini tutmaq üçün zəruri keyfiyyətlərdən məhrum edir” demişdir.

Qeyd olunmalıdır ki, xanım Barret mühafizəkar katolikdir və qadınların abort hüquqlarına qarşıdır.

(c) AHİM