Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa Məhkəməsi kommunikasiyaya başlamışdır - YENİ
01.08.2017 691


Bu barədə əsirlərin ailə üzvlərinin maraqlarını Avropa Məhkəməsində təmsil edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Anar Bağırov məlumat vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatına əsasən, cari ilin 13 iyul tarixindən etibarən Avropa Məhkəməsi tanınmamış Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində əsirlikdə olan həmsoydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı kommunikasiyaya başlamışdır. İşi artıq öz icraatına götürmüş Avropa Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilən kommunikasiya sənədində Avropa Məhkəməsi qeyd olunan ərazidə effektiv nəzarəti həyata keçirən Ermənistan Respublikasını cavabdeh hesab etməklə ona bir sıra mühüm suallar ünvanlamışdır: Dilqəm Əsgərov və Şahbaz Quliyev tutularkən onlara qarşı işgəncələrə yol verilmişmi; Həbs məhz qanuni səlahiyyətlərə malik olan məhkəmənin qərarı ilə baş vermişmi; Əsirlərin məhkəmənin həbs qərarını mübahisələndirmək üçün hüquqi imkanları mövcud idimi; və s. Eyni zamanda kommunikasiyada Avropa Məhkəməsi Ermənistan Respublikasından əsirlərin sağlamlıq vəziyyəti ilə bağlı rəsmi sənədlərin də təqdim edilməsini tələb etmişdir.
 
Qeyd olunmalıdır ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda əslən olduqları Kəlbəcər rayonunun Şaplar kəndində yerləşən öz nənə-babalarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı birləşmələri tərəfindən tutulmuşlar və işğal olunmuş ərazidə qanunsuz fəaliyyət göstərən məhkəmələr tərəfindən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Avropa Məhkəməsinə şikayət ərizələri əsirlərin həyat yoldaşları Firuzə Əsgərova və Albina Veselova tərəfindən verilmişdir. Şikayət ərizəsində ərizəçilər Ermənistan Respublikası tərəfindən Avropa Konvensiyasının bir sıra maddələrinin pozuntusunu qeyd etmişlər. Xüsusilə bu, Konvensiyanın 3-cü (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5-ci (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması, qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma, (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6-cı (ədalətli və açıq məhkəmə araşdırılması hüququ, dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması, ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları, 8-ci (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), 13-cü (effektiv müdafiə vasitələrinə malik olma), 14-cü maddələrinin (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) pozuntusu ilə bağlıdır.

(c) AHİM