Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Avropa Məhkəməsinin praktikasında digər beynəlxalq sənədlərə istinadlar - YENİ
04.08.2017 1378


Avropa İnsan Huquqları Məhkəməsinin 2011-ci ildə maraqlı bir nəşri işıq üzü görmüşdü. Praktik hüquqşünaslar üçün qaynaqlara çatımlılıq baxımından əvəzedilməz alət olan bu nəşrin məqsədi Avropa Məhkəməsinin qərarlarında Avropa Şurasının qəbul etdiyi digər beynəlxalq sənədlərə istinadlar öz əksini tapmışdır. Məlumdur ki, Avropa İnsan Hüquqları Məhkəməsi yalnız Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının pozuntusu faktları ilə bağlı və bu çərçivədə işlərə baxır, hansı ki, bu səlahiyyət ona qeyd olunan Konvensiya ilə verilmişdir, lakin bu, Avropa Məhkəməsinin qərar qəbul edərkən Avropa Şurasının digər sənədlərinə istinad edilməsini qadağan etmir.

Nəşri istifadə üçün rahat edən məqam orada Avropa Şurasının qəbul etdiyi sənədlərin cədvəl şəklində və həmin sənədlərə istinadların qısa mahiyyəti barədə məlumat verilməsidir.

Nəşr İngilis dilindədir və buradan yüklənilə bilər.

Nəşrdən bir sıra nümunələri diqqətinizə təqdim edirik:
 
Konvensiyanın adı
Qərarın adı
Məhkəmənin əsaslandırması
1.
Ekstradisiya haqqında Avropa Konvensiyası
Eminbeyli Rusiyaya qarşı (42443/02)
İşlə bağlı Məhkəmə təkararlayır ki, “qanunilik” standartına cavab verməsi üçün milli qanunvericiliyə əsasən şəxin tutulma yerində saxlanılması məsələsi Ekstradisiya haqqında Avropa Konvensiyasının 16.1-ci maddəsi ilə uzlaşır.
2.
Uşaqların himayəyə götürülməsi haqqında Avropa Konvensiyası
Pini və digərləri Rumıniyaya qarşı (78028/01)
AİHK-nın 8-ci maddəsi ilə dövlətlərin üzərinə himayəyə götürmə və onun təsiri ilə bağlı qoyulmuş öhdəliklər “Uşaqların himayəyə götürülməsi haqqında Avropa Konvensiyası” rakursundan təfsir olunmalıdır.

(c) AHİM