Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Diskriminasiya barədə əsaslandırılmış fikrə görə işçi işdən çıxarılmalıdırmı? – “Google”un təcrübəsindən
11.08.2017 179


Bu ilin avqust ayında baş vermiş insidentə görə Google şirkətinin sabiq əməkdaşı şirkəti məhkəməyə verməyə hazırlaşır. Kompüter mühəndisi olan həmin şəxsin adı Ceyms Damordur. Öz bloqunda Ceyms özünün 10 səhifəlik araşdırma yazısını paylaşmışdır. Ceyms hesab edir ki, İT şirkətlərində çalışmaq üçün qadınlar o qədər də uyğun deyillər. Şahmat ustası olan Ceyms, Harvard, Prinston, Massaçusets Texnologiya universitetlərinin məzunudur və qeyd olunan bloqda “Google”un cinsi ayrı-seçkiliklə bağlı siyasətini əsaslandırılmış şəkildə tənqid etmişdir və bildirmişdir ki, qadınlar stressli iş şəratinə münasibətdə dözümsüzdürlər və dolayısilə işə münasibətdə o qədər də vicdanlı deyillər.

O, bu həftənin Bazar ertəsi günü şirkətin direktorlarından olan Sundar Piçai “Ceyms şirkətimizin davranış qaydalarını pozaraq zərərli cinsi stereotipləri təşviq etdiyi üçün vəzifəsindən kənarlaşdırılmışdır” bildirmişdir.

Cavab olaraq Ceyms bunları bildirmişdir: “Mənim öz işlədiyim yerin iş şəraiti barədə fikir bildirmək və barəmdəki qanunsuz qərarı mübahisələndirmək hüququm var. Ümumiyyətlə Google’da oturuşmuş sol yönümlü qərəzli siyasət ilə razılaşmayan şəxslər hər zaman susdururlur. Həm də qadınlar ilə kişilərin bioloji səbəblər dolayısilə texniki sahələrdə fəaliyyətləri və səmərəlilikləri müxtəlifdir. Texniki sahə daha az stressli olmalıdır və buna görə də təbiətləri etibarilə qadınların bu sahədə çalışmaları məhdudlaşdırılmalıdır, çünki onlar stressə və gərginliyə meyllidirlər. Bu baxımdan Google’un siyasəti diskriminativdir.”

Hadisə ilə bağlı Vikiliksin rəhbəri Julian Assanj belə bir bəyanatla çıxış etmişdir: “Vikiliks işdən çıxarılmış Ceyms Damora yeni iş təklif edir. Biz qadın və kişilərə hörmətlə yanaşır və onların öz fikirlərinə görə işdən kənarlaşdırılmasına qarşıyıq. Emisoyasız və əsaslandırılmış fikirə görə birisinin işdən kənarlaşdırılması qəbuledilən deyildir.”

Məsələyə kaliforniyalı hüquqşünaslar da münasibət bildirmişlər. Əmək mübahisələri üzrə ixtisaslaşmış hüquqşünas Den İton hesab edir ki, “federal qanunvercilik işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətindəki təkliflərinə görə onların işdən kənarlaşdırılmasını qanunsuz hesab edir. Eyni zamanda qanunvericilik işçilərin işəgötürənin siyasətinin məcburi qəbul edilməsini qadağan edir.”

“Google”un rəsmiləri məsələnin hüquqi aspektləri barədə danışmaqdan imtina etmişlər.

(c) AHİM