Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
MM-də olmayan "mənəvi zərər" haqqında KM nə deyir?
28.08.2017 469


Hörmətli oxucular, bu dəfə sizlərə Konstitusiya Məhkəməsinin “zərər” anlayışının həddi, o həddin müəyyənləşdirilməsi və s. ilə bağlı 31.05.2002-ci il tarixli məşhur Qərarı haqqında məlumat verəcəyik. Ümumiyyətlə, qərarın mətni bir balaca mücərrəd olsa da, məsələ ilə bağlı sorğu göndərən Ali Məhkəmə aşağıdakı suallara aydınlıq gətirilməsini KM-dən xahiş etmişdir:
 
1. Mülki Məcəllədə təsbit edilmiş "zərər" anlayışı hansı komponentlərdən ibarətdir?
 
2. Mülki Məcəllənin 23.4-cü maddəsində qeyd olunan şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş “zərər” dedikdə, maddi, yoxsa mənəvi zərər nəzərdə tutulur?
 
3. Mənəvi zərərin həddi müəyyənləşdirilərkən məhkəmə nələrə fikir verməlidir?

Beləliklə, ilk əvvəl qeyd olunmalıdır ki, öz mahiyyəti etibarilə “zərər” 2 – A) maddi B) mənəvi zərər formasında təzahür edir.
 
A) Maddi zərər də öz növbəsində 2 yerə ayrılır: A.1) real zərər - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli  olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi; A.2) əldən çıxmış fayda - hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər.
 
“Maddi zərər” anlayışının bu cür bölgüsü Mülki Məcəllənin 21-ci maddəsində öz əksini tapmasına baxmayaraq, Məcəllədə “mənəvi zərər” heç nə deyilmir. Daha dəqiq desək, Mülki Məcəllənin 23.4-cü maddəsində barəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin yayılma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun olması qeyd olunur. Göründüyü kimi bu müddəada qeyd olnunan “zərər”in maddi, yoxsa mənəvi zərər olması barədə heç nə deyilmir. Elə Ali Məhkəməsinin KM-ə sorğusu da məhz bu suala cavab tapılması ilə bağlıdır.
 
Beləliklə, problemin həlli qismində KM öz qərarında aşağıdakı qənaətə gəlmirşdir:
 
a) 23.4-cü maddəsində nəzərdə tutulmuş “zərər” həm maddi, həm də mənəvi zərəri nəzərdə tutur;
 
b) Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

(c) AHİM