Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
İşin ibtidai istintaqda olması onun məhkəmə mərhələsində dayandırılmasına əsasdırmı? - KM
08.09.2017 902


H
örmətli oxucular, sizlərin KM-nin Plenumunun maraq kəsb edən digər qərarını təqdim edirik.

KM-ə sorğu 2004-cü ildə Ali Məhkəmə tərəfindən verilmişdir. Sorğuda aşağdakı problemin mövcudluğu KM-nin diqqətinə çatdırılır: Belə ki, MPM-nin 254-cü maddəsi mülki icraatın dayandırılmasını şərtləndirən halları sadalayır və həmin hallardan biri 254.1.4-cü maddədə (KM icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmağın mümkün olmaması) qeyd olunmuşdur. AM öz sorğusunda qeyd edir ki,  MPM-nin qeyd olunan maddəsinin tətbiqində fikir ayrılığı mövcuddur – a) məhkəmələrin bir qismi mülki işlərin icraatlarını dayandırarkən həmin işlərlə əlaqəsi olan yalnız məhkəmələrdə baxılan, digər qismi isə b) ibtidai istintaqda olan cinayət işlərinə də istinad edirlər və bu hal vahid məhkəmə təcrübəsinin yaranmasına mane olur. 

Əsaslandırma:
KM qeyd olunan anlaşılmazlığın həlli ilə bağlı məsəlyə aşağıdakı rakursdan yanaşır:

A)
İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan  sübut kimi qəbul olunmalıdır. Misal: Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb  olan  faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair  iddia üzrə məhkəmə qərarının çıxarılması üçün  də əsas ola bilər.

B)
Eyni zamanda MPM-nin  256-cı  maddəsi   icraatın dayandırma müddətlərini nəzərdə tutur. Həmin Məcəllənin 256.0.3-cü  maddəsinə əsasən bu Məcəllənin  254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda  məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qanuni qüvvəyə minənə qədər, yaxud  inzibati qaydada baxılan iş üzrə  qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göründüyü kimi qanunverici  məhkəmənin icraatında olan mülki iş üzrə  yalnız qanuni qüvvəyə minmiş  məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Bu mənada istintaq orqanları tərəfindən cinayət işi üzrə qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial  əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.

Nəticə:
KM hesab edir ki, MPM-nin 254.1.4-cü  maddəsində “KM icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa"  müddəası  məhkəmə  tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın qanuni qüvvəyə minməsini ehtiva edir.

(c) AHİM