Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Konvensiyanın 8 və 14-cü maddələri üzrə təlim və praktik hüquqşünaslar HELP Proqramının yeni platforması ilə tanış ediliblər
14.09.2017 352


Sentyabrın 14-15-də AŞ-nın Bakı Ofisinin və Aİ-nın Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə praktik hüquqşünaslar üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 8 və 14-cü maddələri – şəxsi həyata və ailə həyatına hörmət və ayrı-seçkiliyin qadağan olunması maddələri” mövzusunda 2 günlük təlim keçirilməkdədir.

Təlimlər Aİ və AŞ-nin birgə proqramı olan “Yaxşı İdarəçilik üzrə Tərəfdaşlıq” çərçivəsində keçirilməkdədir.

40 nəfərdən artıq gənc hüquqşünasın iştirakı ilə keçirilən təlim milli ekspertlər Günel İsmayılbəyli, Gülnaz Ələsgərova və Emin Abbasov tərəfindən keçirilir.

Təlimdə Konvensiyanın 8 və 14-cü maddələrin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı vəkillər üçün ilk dəfə olaraq AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ın yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə vəkillər Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yenliklər ilə tanış olmaq və bu sahədə onlayn sərbəst və distant kurslara cəlb oluna biləmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasından qeydiyyatdan keçirilmə üsulları təlim iştirakçılarına aşılanmışdır.

Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan vəkilləri üzrə əlaqələndiricisi, Azərbaycan Hüquq İslahatları Mərkəzinin əməkdaşı Fərhad Nəcəfov tərəfindən aparılmışdır.

Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan hakimləri üçün də keçirilməkdədir.

Proqramla daha ətraflı tanış olmaq üçü http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.

(c) AHİM