Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Rusiyanın mülki-prosessual qanunvericiliyinə mübahisələrin həllinin yeni institutu gətirilir
20.09.2017 291


Rusiyanın Ədliyyə Nazirliyi kollektiv mülki, inzibati iddialara dair mübahisələrə baxılmasının yeni proseduru üzərində işləməyə başlamışdır.
 
Layihəyə əsasən, mülki-prosessual məcəlləyə bir qrup şəxsin qanuni maraqlarının müdafiəsi üzrə işlərə baxılması institut daxil ediləcəkdir. Yeni qaydalara görə, artıq kollektiv iddialarla bağlı, məhkəmədə kollektivin maraqlarını bir nəfər təmsil edəcəkdir və həmin nümayəndəyə notarial qaydada hər hansı etibarnamənin verilməsinə ehtiyac qalmayacaqdır. Bu dəyişikliklə məhkəmələr bir-biri ilə bağlı bənzər işlərə baxmaqdan azad olunmaqla onların iş yüklərinin azalması gözləniləcəkdir. Son nəticədə bu, işlərə məhkəmələr tərəfindən operativ baxılmasına imkan yaradacaqdır.
 
Analoji hüquq institutu hüquqi şəxslərin iddiaları ilə bağlı 2009-cu ildə RF-nin arbitraj-prosessual məcəlləsinə edilmişdir ki, həmin təcrübə məhkəmə sistamində mütərəqqi olaraq qiymətləndirilir. Qeyd olunan məcəllənin 28.2-ci maddəsinin tələbinə əsasən, bu cür iddianın məhkəmə tərəfindən qəbul olunması üçün iddiaya qoşulan hüquqi şəxslərin sayı minimal 5 olmalıdır.

Eyni zamanda qeyd olunan institutun tətbiq olunması məqsədilə RF-nin inzibati xətalar, arbitraj prosessual məcəllələrə, habelə arbitraj mühakimə prosesində nəinki hüquqi şəxslərin, həmçinin fiziki şəxslərin kollektiv iddiaçı qismində iştirak etmələri üçün dəyişikliklər ediləcəkdir.

(c) legal.ru