Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Naxçıvanlı vəkillər AİHK-nın 6-cı maddəsi və "HELP"lə tanış ediliblər
06.10.2017 679

Oktyabrın 5-6-ı Naxçıvan MR-dan olan vəkillər, hakimlər və prokurorlar üçün AR-nın ƏN-nin Ədliyyə Akademiyasının, Naxçıvan MR Vəkillər Kollegiyasının, AŞ-nın Bakı Ofisinin və Aİ-nın Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi – ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda 2 günlük təlim keçirilmişdir.

Təlimlər Aİ və AŞ-nin birgə proqramı olan “Yaxşı İdarəçilik üzrə Tərəfdaşlıq” çərçivəsində keçirilməkdədir.

29 nəfər hakim, vəkil və prokurorun iştirakı ilə keçirilən təlim milli ekspertlər Ədliyyə Akademiyasının baş hüquq məsləhətçiləri Nuranə İbadova və Şəlalə Quluzadə, həmçinin VK-nın üzvü Nihad Əliyev tərəfindən keçirilmişdir.

Təlimdə Konvensiyanın 6-cı maddənin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı vəkillər üçün ilk dəfə olaraq AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ın yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə vəkillər Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yenliklər ilə tanış olmaq və bu sahədə onlayn sərbəst və distant kurslara cəlb oluna biləmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasından qeydiyyatdan keçirilmə üsulları təlim iştirakçılarına aşılanmışdır.

Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan vəkilləri üzrə əlaqələndiricisi, Azərbaycan Hüquq İslahatları Mərkəzinin əməkdaşı Fərhad Nəcəfov tərəfindən aparılmışdır.

Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan hakimləri üçün də keçirilməkdədir.

Proqramla daha ətraflı tanış olmaq üçü http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.

(c) AHİM