Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Azərbaycanda ilk dəfə "HELP" distant kursuna start verilmişdir
24.10.2017 1746


Sentyabrın 21-də Avropa Şurasının Bakı Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Layihəsi ilə bağlı Ədliyyə Akademiyasının inzibati binasında vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasına giriş” HELP (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) distant kursunun açılışı keçirilmişdir.
 
25 nəfər vəkilin iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Əliyyə Akademiyasının prorektoru Elçin Xələfov öz çıxışında HELP platforması çərçivəsində keçirilən bu cür distant təlimlərin səmərəliliyi, HELP proqramının ölkəmizdə təşviq səviyyəsi, hakim, vəkil və prokurorların bu tədris prosesinə cəlb olunmasının əhəmiyyəti barədə fikir bildirmişdir.
 
Daha sonra Avropa Şurasının Bakı Ofisinin Layihə meneceri Vəfa Rövşənova ötən il ölkəmizdən olan vəkillərin rusiyalı ekspert Dmitriy Bartenev tərəfindən keçirilən “Qəbuledilənlik” mövzusu üzrə regional HELP distan kursunda uğurlu iştirakı, ümumən iştirakçı ölkələr arasında Azərbaycan qrupunun ən uğurlu nəticə göstərməsi barədə məlumat vermiş, həmin kursu bitirən vəkilləri HELP sertifikatları ilə təltif etmişdir.
 
Sonra çıxış üçün söz alan HELP Proqramının Azərbaycan vəkilləri üzrə əlaqələndiricisi Fərhad Nəcəfov kursda qeydiyyatın texniki aspektləri barədə məlumat verərək HELP Proqramının Azərbaycan hakimlər üzrə əlaqələndiricisi Zülfiqar Babayevlə birgə onların kursa cəlb olunmalarını təmin etmişlər.
 
Qeyd olunmalıdır ki, distant kurs Avropa Şurasının HELP Proqramının sertifikatlı təlimçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Günel Sevdimalıyeva və Sadiq Bağırov tərəfindən aparılır. Kursun quruluşu barədə məlumat verən Günel Sevdimalıyeva tədrisin 4 bölmədən ibarət olmaqla 10 həftə ərzində davam edəcəyini vurğulamış və bu dövrdə kurs iştirakçılarına nəinki “Konvensiyaya giriş”, həmçinin “AİHM-nə verilən şikayət ərizələrinin qəbuledilənlik meyarları” barədə tədrisin keçiriləcəyini bildirmişdir.

Hər bölmənin yekununda kurs iştirakçılarının biliklərinin qiymətləndirilməsi məqsədilə onlayn yazılı və test imtahanın keçiriləcəkdir. Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaqdır.