Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Jurnalistlər üçün “Mülkiyyət hüququnun müdafiəsi” mövzusunda təlim keçirilmişdir
07.11.2017 866


Noyabrın 3-5-i tarixlərində Xudat rayonunda hüquqi yazıların yazılması sahəsində ixtisaslaşmış jurnalistlər üçün Almaniya Beynəlxalq Əməkdaşlı Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Mülkiyyət hüququnun müdafiəsi” mövzusunda 2 günlük seminar keçirilmişdir. Müxtəlif mətbu orqanları təmsil edən jurnalistlərdən ibarət olan iştirakçılar qrupu mülkiyyət hüququnun müdafiəsi sahəsində beynəlxalq və yerli sənədlərin məzmunu ilə tanış edilmiş, onlara Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Məhkəməsinin presedentləri prizmasından “mülkiyyət hüququnun müdafiəsi”nin konseptual və təcrübi məsələləri barədə məlumat verilmişdir. İnteraktiv qaydada keçirilmiş seminarın yekununda təlim ərzində əldə olunmuş biliklərin yoxlanılması məqsədilə iştirakıçılara tapşırıqlar verilmiş, həmçinin onların gələcəkdə hüququn hansı aktual istiqamətləri barədə seminarların keçirilməsinin zəruriliyi barədə rəyləri alınmışdır.
 
Xudat rayonunda keçirilən bu təlim əvvəllər jurlaistlər üçün keçirilmiş hüququn müxtəlif aktual sahələrinə dair silsilə təlimlərin davamı olmaqla təlimdə iştirak üçün müraciət etmiş jurnalistlərin sayının çoxluğu nəzər alınmaqla gələcəkdə də analoji təlimlərin keçirilməsi planlaşdırılmışdır.
 
Seminarı mühazirəçi qismində Bakı Hüquq Mərkəzinin baş hüquqşünası, Azərbaycan Hüquq İslahatları Mərkəzinin layihələr üzrə koordinatoru Fərhad Nəcəfov aparmışdır.

Bu qəbildən olan interaktiv metodika üzrə aparılan seminarların faydalılığı nəzərə alınaraq növbəti ildə jurnalistlər üçün hüququn digər cari mövzuları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, təlim çərçivəsində iştirakçılara AŞ-nın HELP Proqramı haqqında da məlumat verilmişdir.
 
 
Qeyd olunmalıdır ki, təlimlər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” layihəsi çərçivəsində həyata keçirilir.