Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ MƏLUMATI
08.11.2017 1461


Məlum olduğu kimi, Milli Məclis tərəfindən məhkəmələrdə nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər qəbul edilmişdir.

Qeyd olunan dəyişikliklərin ictimaiyyət arasında geniş müzakirəyə səbəb olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası aşağıdakıları diqqətə çatdırır:

Adı çəkilən əlavə və dəyişikliklər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlmişdir. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcəkdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə 7 noyabr 2017-ci il tarixli Sərəncamı ilə vəkillərin sayının artırılması Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Buna nail olmaq üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Belə ki, çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət etmişdir. Bununla bağlı, ən qısa zamanda ixtisas imtahanları keçiriləcək və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar.

Eyni zamanda, hal-hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda, Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər.

Sonda bir daha bildiririk ki, Vəkillər Kollegiyası qəbul olunmuş əlavə və dəyişiklikləri dəstəkləyir və bu istiqamətdə üzərinə düşən vəzifələrin lazımınca icrasını təmin edəcəkdir.

(c) VKRH