Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
“Financial Times” hüquqi xidmətlər bazarında innovasiyalar üzrə liderlərin siyahısını açıqlayıb
15.11.2017 481


“Financial Times” texnologiya sahəsində ən qabaqcıl hüquq şirkətləri və şirkətdaxili hüquqşünasları qiymətləndirdiyi növbəti illik hesabatı dərc edib. Yeni texnologiyaları öz fəaliyyət sahəsində uğurlu və fəal şəkildə istifadə edən 50 hüquq şirkətinin siyahısından əlavə, hesabatda hazırki hüquqi xidmətlər bazarında aktual olan tendensiyalar da öz əksini tapıb. Hesabata görə, bu gün hüquq şirkətləri daha çox biznes modelinə uyğun fəaliyyət göstərir, əsas məqsəd olaraq müştəri maraqlarını üstün tutur və uğursuzluqdan qətiyyən çəkinmirlər.
 
“Uğursuzluqla tez barışın və irəliləməyə davam edin”. İlk baxışdan, tez-tez istifadə edilən bu ifadənin hesabatda təkrarlanması təəssüf doğurur. Ancaq “uğur qazananlar öz səhvlərindən öyrənirlər” ideyasının mənimsənilməsi onu göstərir ki, Avropa hüquq şirkətləri həqiqətən də fəaliyyətlərini biznes şirkətləri kimi davam etdirirlər.

Uğursuzluğun müsbət qəbul edilməsi fikri hüquqşünas üçün çətin başa düşüləndir. Məsələn, qanunun düzgün təfsir edilməməsi təqdirolunan bir hal deyil, əksinə qeyri-peşəkarlıq nümunəsidir. Lakin hüquq şirkətləri müştərilərinə yüksək səviyyədə xidmət təklif edə bilmək üçün yeni texnologiyalar, proseslər və biznes modellərini sınaqdan keçirmək məcburiyyətindədirlər.

İnkişafın “uğursuzluq” mərhələsinin sürətli keçilməsi və irəliləyişin davamı "dizayner"lik düşüncəsindən gəlir. Bu düşüncə tərzinə görə, ideyanı sürətlə prototipə çevirmək, potensial müştərilər üzərində sınaqdan keçirmək və yeni məhsul hazır olana qədər düzəlişlər etmək lazımdır. Bu prinsip müştərilərə xidmətlərin göstərilməsi əsasında fəaliyyət göstərən bir çox hüquq şirkətlərində də tətbiq olunmaqdadır.

Bundan başqa, hüquq şirkətləri etiraf edirlər ki, yeni ideyalar və onların tətbiqi ilə bağlı fikirlər şirkətlərin öz əməkdaşlarından, hətta müştərilərindən də gələ bilər. İngiltərənin Linklaters şirkəti yeni ideyalar əldə etmək məqsədi ilə özünün 5000-ə yaxın əməkdaşını və 130 müştərisini dəvət etmişdir. İspan hüquq şirkəti Cuatrecasas öz strateji planının qiymətləndirilməsi üçün şirkətdaxili “cəmiyyətindən” istifadə etmişdir.

Şirkətlər belə qənaətə gəlirlər ki, innovasiyalar demokratikləşməli və hər bir əməkdaşa bu prosesdə iştirak etmək üçün imkan yaradılmalıdır. Hər şeydən əvvəl bu strategiya hər bir işçiyə onun şirkət üçün əhəmiyyətli olduğu fikrini aşılayır. Əməkdaşın statusunun çox vacib olduğu və işçi heyətinin iyerarxik, o cümlədən qazanc baxımından çox fərqləndiyi hüquq şirkətləri üçün bu addım çox mütərəqqi hesab olunmalıdır.

Builki hesabatın lideri olan Allen & Overy şirkəti bele bir yeniliyə imza atıb. i2 adlandırılan layihənin məqsədi şirkət əməkdaşlarının gündəlik həyatlarında texnologiyadan daha məhsuldar istifadə etmələri üçün imkan yaratmaqdır. i2 layihəsinin tərkibinə proqram təminatı hazırlayan şəxslər və texnologiya analitikləri daxildir. Bu şəxslər şirkət əməkdaşlarına öz fikir və təkliflərini hazırlamağa kömək edir, təkliflərin qəbul edilib-edilməməsi barədə qərar verən heyətə bunları ötürür. Bütün əməkdaşlar bu layihədə iştirak edir və öz təkliflərini irəli sürür, son nəticədə isə bu proses şirkətin daha da inkişaf etməsinə gətirib çıxarır.

Allen & Overy 
şirkəti digər müəssisələrlə də innovativ təşəbbüslər həyata keçirir. Şirkət “böyük dördlük” şirkətlərindən biri və hüquq xidmətləri bazarında potensial rəqibi olan Deloitte ilə səylərini birləşdirərək “müqavilə öncəsi araşdırma” (due diligence) sahəsində proqram təminatı hazırlamışdır. Əldə olunan məhsuldan hər iki şirkət birlikdə istifadə etməkdədirlər. Bu tip ittifaqlarla tez-tez rastlaşmaq mümkün deyil.
 
“Fəaliyyətinin məntiqə əsaslandığı hüquq şirkətləri, sözsüz ki, biznes məlumatlarını toplayacaqlar. Bu, proqram təminatı vasitəsi ilə həmin məqsədə nail olmaq deməkdirmi? Bu əsas sualdır.”Allen & Overy şirkətinin partnyoru və innovasiyalar üzrə rəhbəri Jonathan Brayn.
 
Həqiqətən də, hüquqşünaslar üçün ənənəvi iş çərçivəsinə aid olmamasına baxmayaraq, hüquqi xidmətlərdən əlavə, məsləhətlərin verilməsi – konsaltinq sahəsi daha çox hüquq şirkətlərinin marağını cəlb etməkdədir. Belə ki, Hogan Lovells şirkəti kiber-təhlükəsizlik və bu sahədəki risk ilə bağlı biznes sahiblərinə konsaltinq xidməti təklif etməyə başlamışdır.
 
Yeni ideyalar axtarışı şirkətləri hüquqi texnologiyalar sahəsindəki xırda təşəbbüslərə müraciət etməyə vadar etmiş, bu təşəbbüslər şirkətlər üçün, belə demək olarsa, “təcrübə siçanları” rolunu oynamışlar. Mishcon de Reya şirkəti öz laboratoriyasında hüquqi proqram təminatının hazırlanması ilə bağlı işlər aparmışdır. Slaughter and May şirkəti də texnologiya sahəsi ilə məşğul olan yeni şirkətlərə dəstək verməyə başlamışdır. 2006-cı illə müqayisə olunarsa, həmin vaxt bu şirkətin həyata keçirdiyi texnoloji yenilik bütün partnyorlara BlackBerry telefonları paylamaqdan ibarət idi.
 
Süni intellekt və maşınların təlimi ilə bağlı müzakirələr fonunda hüquq şirkətlərinin qət etməli olduğu yol, hələ ki çoxdur. Hüquqi ekspertiza, bu və ya digər şəkildə maşınların və cihazların xidmətindən istifadə edilməsi səbəbi ilə innovasiyaların sırasında sayılmaqdadır.
 
Bunun əvəzinə, şirkətlərin əllərində olan texnologiyalardan necə istifadə etməsi, həyata keçirdikləri layihələr, müasir proqram təminatlarının istifadəsi və bu yeniliklərin son nəticədə əməkdaşların və müştərilərin maraqlarına xidmət etməsi həqiqi innovasiya hesab olunmalıdır.

#
Hüquq şirkəti
Ümumi bal
Hüquq biznesi
Hüquqi eksperiza
Sıra
Hüquq şirkəti
Ümumi bal
Hüquq biznesi
Hüquqi eksperiza
1
Allen & Overy
207
49
112
26
Eversheds Sutherland
67
23
44
2
Hogan Lovells
176
87
66
27
Slaughter and May
66
0
66
3
Freshfields  Bruckhaus Deringer
175
42
112
28
McCann FitzGerald
66
22
44
4
Linklaters
168
93
75
29
Dechert
66
21
45
5
DLA Piper
153
89
41
30
Norton Rose Fulbright
65
22
43
6
Pinsent Masons
151
66
85
31
PLMJ
63
39
24
7
Herbert Smith Freehills
127
40
66
32
Ashurst
63
20
43
8
CMS
118
44
74
33
Paul Hastings
62
0
40
9
VdA
113
44
69
34
Mishcon de Reya
54
26
0
10
DWF
110
110
0
35
ClientEarth
50
0
23
11
Latham & Watkins
103
19
84
36
Bright Line Law
49
0
25
12
Simmons & Simmons
89
44
45
37
Sidley Austin
46
0
46
13
NautaDutilh
88
45
43
38
Dentons
45
24
0
14
Cuatrecasas
87
65
22
39
Ellex
43
0
43
15
Bond Dickinson
87
22
21
40
Arthur Cox
43
21
22
16
Uría Menéndez
86
0
45
41
BonelliErede
42
0
42
17
Gowling WLG
86
42
44
42
Shearman & Sterling
41
0
41
18
Baker McKenzie
86
44
42
43
Maples and Calder
41
21
20
19
Garrigues
85
23
41
44
Berwin Leighton Paisner
41
41
0
20
Matheson
84
41
22
45
Pérez-Llorca
40
0
40
21
Macfarlanes
80
18
62
46
Bird & Bird
40
40
0
22
D2 Legal Technology
74
49
0
47
Gómez-Acebo & Pombo
38
38
0
23
White & Case
69
0
47
48
The Aire Centre
27
0
0
24
Addleshaw Goddard
68
44
0
49
Gibson, Dunn & Crutcher
27
0
27
25
Orrick, Herrington & Sutcliffe
67
22
45
50
Lexoo
26
26
0