Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
VƏKİLLƏR KOLLEGİYASININ MƏLUMATI – TƏKZİB
17.12.2017 3716


Bu gün bir sıra yerli kütləvi informasiya vasitələrində "Tikinti şirkətinin rəhbəri həbs olundu – Vəkili ilə birlikdə" başlıqlı xəbər yayılmışdır. Qeyd olunan xəbərlərdə mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunur.
 
Hadisə ilə bağlı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, Vəkillər Kollegiyasının üzvləri sırasında Habil Fətəliyev adda vəkil mövcud deyil və Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir.
 
Eyni zamanda, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcəkdir ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaqdır.
 
Sonda, bu kimi məlumatların Azərbaycan vəkilliyinin nüfuzuna xələl gətirməsini nəzərə alaraq, Vəkillər Kollegiyası kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, gələcəkdə buna oxşar hallarda vəkilin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bilavasitə Kollegiyaya müraciət edilsin.
 
Əlaqə nömrələri: +994 12 594 14 95, +994 12 594 08 70
 
(c) Azərbaycan Respublikasının Vəkillər Kollegiyası