Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
VƏKİLLƏRİN İXTİSAS KOMİSSİYASININ MƏLUMATI - YAZILI TEST İMTAHANININ PROQRAMI
19.12.2017 3825


Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 09.12.2017-ci il tarixli qərarı ilə vəkil olmaq arzusunda olan hüquqşünaslar üçün 11.12.2017-11.01.2018-ci ilədək sənəd qəbulunun davam etdirilməsi qərara alınmışdır.

Vəkilliyə namizədlərin test imtahanına hazırlaşmalarına köməklik etmək məqsədilə Vəkillərin İxtisas Komissiyası vəkilliyə qəbula dair aşağıdakı imtahan proqramını namizədlərin diqqətinə təqdim edir:

1. Xüsusilə diqqət yetirilməli olan qanunvericilik aktları: Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Ailə, Əmək və Cəzaların İcrası məcəllələri, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlar.

2. Diqqət yetirilməli olan digər qanunvericilik aktları: Mənzil, Şəhərsalma və Tikinti, Vergi, Torpaq və Seçki məcəllələri, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, “İcra haqqında” Qanun, “Notariat haqqında” Qanun, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, “Torpaqların dövlət ehtiyacları üçün geri alınması haqqında” Qanun, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun, “Prokurorluq haqqında” Qanun, “Polis haqqında” Qanun, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun və “İnzibati icraat haqqında” Qanun.

(c) Vəkillərin İxtisas Komissiyası