Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Trampın vəkilinin ofisində axtarış aparıldı
10.04.2018 356


ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ prezidenti Donald Trampın vəkili Maykl Koenin ofisində axtarış aparıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, FTB əməkdaşları bəzi sənədləri müsadirə ediblər.

Axtarış xüsusi işlər üzrə prokuror Robert Müllerin qərarı əsasında aparılıb. Bunu Koenin maraqlarını müdafiə edən hüquqşünas Stiven Rayan deyib və qəti narazılığını bildirib: “ABŞ prokurorluğunun axtarış orderi verməsi qərarı tam yersizdir, bu müştərilərlə vəkillər arasında konfidensial yazışmaların yer aldığı materialların müsadirə olunması ilə nəticələndi”.

Rayanın sözlərinə görə, FTB Koenin müştərilərlə gizli yazışmaları olan sənədləri müsadirə edib. Onların arasında vəkilin prezident Trampla yazışmaları da olub.

Koen uzun müddətdir ki, Trampın şəxsi vəkili kimi çalışır. Son zamanlar aktrisa Stormi Denielsə 130 min dollar ödəniş etməsi ilə gündəmə gəlib. Aktrisa iddia edir ki, Tramp bu məbləği onunla keçmiş əlaqələrini örtbasdır etmək məqsədilə verib.

Bu arada “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi” ilə bağlı istintaqa başcılıq edən xüsusi işlər üzrə dövlət ittihamçısı Robert Müller Ağ Ev rəhbəri Donald Trampla şəxsi görüşündə toxunulacaq mövzuların müəyyən edildiyini bəyan edib.

Görüşdə keçmiş FTB rəhbəri Ceyms Komi və milli təhlükəsizlik üzrə müşavir Maykl Flinin qovulması, həmçinin Trampın oğlunun Rusiyalı vəkil Nataliya Veselnitskaya ilə 2016-cı ilin iyun ayında keçirdiyi görüş haqqında müzakirələr aparılacaq.

(c) haqqin.az