Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Vəkilliyə namizdələr üçün HELP proqramının təqdimatı keçirilmişdir
05.07.2018 261
Cari ilin iyulunda vəkilliyə qəbul üzrə namizədlər üçün keçirilən icbari təlimdə onlara Avropa İnsan Hüquqları Konvensiyası ilə tanışılıqla bərabər AŞ-nın HELP proqramı da təqdim edilmişdir.

100 nəfərdən artıq vəkilliyə namizədin iştirakı ilə keçirilən təlim milli ekspertlər Sevinc Əliyeva və Fərhad Nəcəfov tərəfindən keçirilir.

Təlimdə Konvensiyanın müvafiq maddələrinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı vəkillər üçün ilk dəfə olaraq AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ın yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə vəkillər Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yenliklər ilə tanış olmaq və bu sahədə onlayn sərbəst və distant kurslara cəlb oluna biləmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasından qeydiyyatdan keçirilmə üsulları təlim iştirakçılarına aşılanmışdır.

Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan vəkilləri üzrə əlaqələndiricisi, Azərbaycan Hüquq İslahatları Mərkəzinin əməkdaşı Fərhad Nəcəfov tərəfindən aparılmışdır.

Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan hakimləri üçün də keçirilməkdədir.

Proqramla daha ətraflı tanış olmaq üçü http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.