Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
20 saylı və Femida Vəkil Bürolarının yeni ofislərinin açılışı olub
17.06.2021 5920
 20 saylı və Femida Vəkil Bürolarının yeni ofislərinin açılışı olub. Açılışda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvləri, büronun vəkilləri və digər əməkdaşlar iştirak ediblər.
 
20 saylı vəkil bürosunun müdiri İlhamə Həsənova məlumat verərək bildirib ki, büronun ümumi sahəsi  700  kv metr olmaqla 3 mərtəbədən ibarətdir. Büro 12 ədəd geniş pəncərəli vəkil otağı, 2 konfidensial görüş otağı, 6 sanitar qovşağı, bir geniş mətbəx, idman zalı, konfrans otağı, geniş həyətdən ibarət olmaqla hər cür mebellə təchiz olunmuş və vəkillərin fəaliyyəti üçün rahat, komfortlu şəraitə malikdir. Büroda vəkillərin istirahəti və vətəndaşlarla görüş, həmçinin seminar və təlimlərin, müzakirələrin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
 
Daha sonra, eyni gündə “Femida” VB-un yeni ofisinin açılışı olmuş, Büronun müdiri Pənah Məmmədov məlumat verib ki, büronun yerləşdiyi qeyri-yaşayış sahəsinin ümumi sahəsi 260 kv.m olmaqla iki mərtəbədən ibarətdir. Büro 6 ədəd geniş pəncərəli vəkil otağı, 1 ədəd böyük ümumi vəkil otağı, 1 ədəd konfidensial (görüş otağı), 2 sanitar qovşağı, birinci və ikinci mərtəbələrdə iki mətbəx, ikinci mərtəbədə böyük foyedən ibarət  olmaqla vəkillərin fəaliyyəti üçün tam təmirli və yararlıdır. Vəkillərin rahat fəaliyyət göstərməsi üçün 2 ədəd şəhər telefonu çəkilmiş, mini ATS quraşdırılaraq bütün otaqlar daxili telefonlarla təmin edilmiş, bütün otaqlara fiber optik internet kabelləri çəkilmişdir.
 
Hər iki Büro ilə yaxından tanış olan sədr Anar Bağırov yaradılan şəraiti yüksək qiymətləndirib və vəkillərdə fəaliyyətlərində uğurlar arzulayıb. Sədr qeyd edib ki, bu cür şəraitin yaradılması vəkillər üçün daha yüksək hüquqi yardımın göstərilməsinə və vətəndaşlar üçün yüksək keyfiyyətli hüquqi yardıma əlçatanlığa xidmət etməlidir.
 
Sonda vəkilləri maraqlandıran bu və ya  digər məsələlər geniş şəkildə müzakirə olunmuş və fikir mübadiləsi aparılmışdır.