4 il ərzində davam edən əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası “CCBE” tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və böyük səs çoxluğu ilə təşkilat üzvlərinin sıralarına daxil olmuşdur.
Ötən dövr ərzində “CCBE” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vəkillərinin peşə davranış qaydalarını tənzimləyən əsanamə “CCBE”nin Avropa vəkillərinin etik davranış kodeksi ilə harmonizasiya olunmuş, kodeksin mütərəqqi normaları əsasnaməyə inkorporasiya olunmuşdur. Həmçinin Azərbaycan vəkillər üçün AİHM-nin presedent praktikası, habelə deonotolgiya mövzularında onlayn təlimlər keçirilmişdir.
Bundan əlavə, təşkilatın üzvü olaraq Azərbaycan vəkillərinin avropalı vəkillər, vəkillər kollegiyaları, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənməklə birgə layihələrin təşkili mümkün olacaq, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin Avropa ölkələrində təcrübə keçmək imkanı mümkün olacaqdır.
Gələcəkdə “CCBE” ilə əməkdaşlıq çərçivəsində keçiriləcək birgə tədbirlər barədə ictimaiyyətə məlumat veriləcəkdir.