SAYT UZRƏ NAVİQASİYA
Tarix üzrə xəbər axtarışı:
![]() |
İnsan hüquqları üzrə Avropa məhkəməsinin BÜLLETENİ |
![]() |
İnzibati hüquq sual-cavab |
PROLAW® - QANUNUN ALİLİYİNİN İNKİŞAFI ÜZRƏ MAGİSTR PROQRAMI
.jpg)
ABŞ-nin Loyola Çikaqo Univer
sitetinin Hüquq fakültəsi Azərbaycan vətəndaşı olan hüquqşünaslar üçün qanunun aliliyi üzrə PROLAW magistr proqramını təqdim edir. Birillik akademik və təcrübi təhsil proqramı olan PROLAW çoxsaylı beynəlxalq təşkilatların yerləşdiyi İtaliyanın paytaxtı Roma şəhərində qanunun aliliyi üzrə peşəkar beynəlxalq ekspertlər tərəfindən keçirilir. Məzmununa görə unikal olan bu təhsil proqramının xarakterik xüsusiyyəti onun beynəlxalq təşkilatlarda mövcud olan “qanunun aliliyi üzrə ekspert” peşəsinə mütəxəssislərin hazırlanmasından ibarətdir.

Beləliklə, əgər sən öz gələcəyini beynəlxalq təşkilatlarda hüquqşünas olaraq görürsənsə, məhkəmə-hüquq islahatlarında maraqlısansa, habelə fərqli karyera axtarışındasansa, o zaman PROLAW magistr proqramına müraciət etməyin vaxtı gəlib çatmışdır.
PROLAW ixtisası üzrə məzun olmuş mütəxəssislərə ehtiyac duyan qurumların siyahısı aşağıdakı kimidir:
- Məhkəmə-hüquq islahatlarında maraqlı olan dövlət orqanları;
- Məhkəmə-hüquq islahatlarında maraqlı olan dövlət orqanları;
- Beynəlxalq inkişaf agentlikləri;
- BMT və onun ixtisaslaşmış agentlikləri;
- Milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, habelə qanunun aliliyi sahəsində fəaliyyət göstərən hüquqşünasların yerli və beynəlxalq assosiasiyaları;
- Beynəlxalq və regional maliyyə institutları (Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bank və s.);
- Beynəlxalq və regional maliyyə institutları (Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bank və s.);
- Həmçinin müxtəlif layihələr və müqavilələr çərçivəsində məşvərətçi fəaliyyət üzrə ixtisaslaşmış hüquq şirkətləri, ali təhsil müəssisələri.
Qeyd olunmalıdır ki, PROLAW rəsmi akkreditasiya olunmuş magistr proqramı olmaqla sizə ABŞ-nin nüfuzlu Loyola Çikaqo Universitetinin ali təhsil sənədini qazandıracaqdır.
Təhsilin ödənişli olmasına baxmayaraq Loyola Çikaqo Universiteti PROLAW proqramı üçün məhdud sayda ərizəçiyə tam təqaüd vermək imkanına da sahibdir. Bundan başqa, təhsilin maliyyələşdirilməsi üçün müxtəlif inkişaf agentliklərinə, fondlara müraciət etmək mümkündür.
PROLAW – biliyin təcrübəyə istiqamətləndirildiyi yol – 2014-cü il proqramına müraciət et!