Carl Friedrich Goerdeler-Kolleci
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukraynanın dövlət sektorlarını təmsil edən 20 gənc rəhbər kadr üçün 2012-ci il sentyabrın 8-dən 29-dək müddətdə Berlin və Varşavada keçiriləcək Yaxşı idarərtmə (good governance) proqramına dəvət edir.
Siz dövlət sektorunda işləyirsiz və beynəlxalq münasibətlin qurulmasında aktiv iştirak edirsiz?
Təhsilinizi artırmaq və fəal avropalılarla şəbəkələşmək istəyirsiz?
Yeni ideyalar və innovativ konsepsiyalar yaratmaq və onları tətbiq etmək istəyirsiz?
Carl Friedrich Goerdeler-Kollecinin Yaxşı idarərtmə (good governance) proqramı Sizi
– Seminarlarda təhsilinizi artırmağa,
– Müzakirələrdə və layihə workshop-larında fəal iştirak etməyə,
– Almaniya, Mərkəzi və Şərqi Avropada əlaqələr yaratmağa və,
– Good Governance və idarəetmə formalarının inkişaf etdirilməsinə tövhə verməyə
dəvət edir.
Proqram Almaniya Xarici Siyasət Cəmiyyəti (DGAP) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Avropa İttifaqının sabiq vitseprezidenti, professor Günter Verheugen iştirakçıları kollec direktoru qismində müşayiət edir.
Proqramın əsas istiqamətləri:
1. Məsuliyyətli fəaliyyət: İştirakçılar idarəetmədə islahatlar və müasirləşdirmə, eləcə də Good Governance konsepsiyası ilə tanış olurlar: Avropa İttifaqı qurumlarının idarəetməsi necə teşkil olunub? Kommunikasiyanın hansı üsullarından istifadə olunur? Qurumlar e-Governance vasitəsilə necə yenidən və effektiv qurula bilər? Siyasətlə əməkdaşlıq necədir? Proqramın bu bloku alman universitetlərindən birii ilə əməkdaşlıqda həyata keçirilir və xüsusi sertifikatla yekunlaşdırılır.
2. Səhnə arxasına baxış: İştirakçılar cəmiyyət, siyasət və idarələri təmsil edən ekspertlərlə görüşür, Almaniya və Avropa İttifaqının siyasi həyatı, eləcə də müxtəlif sahələrin qarşılıqlı əlaqəsi haqqında biliklərini dərinləşdirir və beləliklə mühüm əlaqələr və şəbəkələr yaradırlar. Proqram qarşılıqlı surətdə öyrənmək və ən yaxşı təcrübələrin (Best Practice) mübadiləsini qarşıya məqsəd qoyur.
İştirakçılara DGAP tərəfindən təhkim olunacaq təcrübəli bir mentor öz təcrübəsini onlarla bölüşəcək, eləcə də Almaniyada digər şəbəkələrə çıxışa yardım edə biləcək.
3. Dayanaqlılıq: Proqram iştirakçılara öz iş sahələrində Good governance istiqamətində öz layihələrini işləyib hazırlamağa və həyata keçirməyə imkan verəcək. Bu layihə onların vətəndəki qurumları üçün faydalı olmalıdır. İştirak üçün ərizə verilərkən layihə təklifi də təqdim olunmalıdır. Proqram zamanı isə iştirakçılar öz layihələrini layihə menecmenti workshop-u çərçivəsində konkretləşdirməlidirlər. Bu zaman onlar layihə treyneri tərəfindən dəstəklənəcəklər. İçtirakçılara həm də ayrı-ayrı günlərdə Berlin və onun ətrafında, öz fəaliyyət sahələrinə uyğun qurumlarda təcrübə keçmək imkanı yaradılacaq.
Daha sonra isə iştirakçılar bu layihəni öz ölkələrində müstəqil surətdə həyata keçirirlər.
Yarım ildən sonra proqram iştirakçıları bir regional görüş təşkil edərək burada öz layihələrinin vəziyyətinə dair mübadilə apara bilərlər. 2013-cü ildə növbəti proqramın başlanğıcında isə iştirakçılar Berlində yenidən görüşərək öz layihələrinin nəticələrini təqdim edirlər. Seminar alman dilində keçirilir.
Zərurət olduqda iştirakçılara dil biliklərini təzələmək üçün Almaniyada 27 avqustdan 8 sentyabradək müddətdə kurs keçməyə imkan yaradılır.
Müraciət
Xahiş olunur yalnız bizim internet portalı vasitəsilə müraciət edəsiniz:
https://bewerbung.boschstiftung-portal.de/onlinebewerbung/
Müraciətlərin qəbulu üçün son tarix 12 mart 2012-ci ildir.
Siz aşağıdakı şərtlərə cavab verdiyiniz təqdirdə müraciət edə bilərsiniz:
- Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova, Rusiya və Türkiyə vətəndaşısınızsa,
- həyat fəaliyyətiniz bu regiondadırsa,
- əla ali təhsiliniz varsa
- dövlət sektorda ilkin iş təcrübəniz varsa (dövlət idarəçiliyində,dövlət müəssisəsi, ictimai əsaslı təşkilatlar və .s) və işə götürən Sizi dəstəkləyirsə
- konkret layihə ideyanız, yaxşı idarəçilik və siyasi düşüncəyə marağınız varsa
- ictimai məsuliyyət və fəallıq, idaərəçilik xüsusiyyətlərinə və
- cox yaxşı alman dili, habelə ingilis dili biliklərinə maliksinizsə.
Xərclərin ödənilməsi
Robert Boş fondu aşağıdakı xərcləri üzərinə götürür:
Seçim müsahibəsi zamanı:
- seçim müsahibəsində iştirak etmək məqsədilə vətənindən Berlinə və geriyə dönüş üçün nəqliyyat xərcləri
- seçim müsahibəsi zamanı yaşayış və qidalanma
- viza xərcləri
- tibbi sığorta
Dil kursunda iştirak edərkən:
- vətəndən dil kursunun keçirildiyi şəhərə oradan Berlinə və geriyə vətənə dönüş üçün nəqliyyat xərcləri
- alman dili kursunun ödənişi ( bir gündə 4 saat dərs, dil kursunda iştirak etmək haqqında qərarı Robert Boş fondu verir)
- yaşayış xərcləri (axşam yeməyi daxil deyildir)
- nəqliyyatdan istifadə, qidalanma, və Qöte institutunun ödənişli əlavə təklifləri üçün 300 avro məbləğində ödəniş
- viza xərcləri
- tibbi sığorta
Program zamanı:
- vətəndən Berlinə və geriyə dönüş üçün nəqliyyat xərcləri (istisna: dil kursunda iştirak)
- yaşayış xərcləri (axşam yeməyi daxil deyildir) və qidalanma üçün əlavə ödəniş 400 avro
- Varşavaya səfər
- viza xərcləri
- tibbi sığorta
- Berlin və Varşavaya nəqliyyat xərcləri
- seminarlar
Proqrama və təşkilatçılara dair məlumatlar:
Kollecə idarəçilik üzrə hüquqşünas və müqavimət hərəkatının üzvü Karl Fridrix Goerdelerin (1884-1945) adı verilmişdir. Goerdeler 1930-cu ildən 1936 -cı ilədək Leypsiq şəhərinin baş burqomistri olmaqla NSDAP-partiya üzvlüyünə daxil olmayan az saylı şəhər rəhbərlərindən biri idi. O Leypsiq şəhərində nasional-sosialist siyasətə qarşı etiraz əlaməti olaraq istefa verdikdən sonra Boş firmasında işə qəbul edilərək NS-rejiminə qarşı müqavimət hərəkatında iştirak edə bilmişdir. Sivil müqavimət hərakatının əsasını qoyanlardan biri kimi Goerdeler öz memuarlarında konstitusion-siyasi islahatlar habelə Avropa dövlətlərinin birgə ittifaqını yaratmaq haqqında planlar işləmişdir. 20 iyul 1944-cü il baş tutmayan sui-qəsddən sonra 0 2 fevral 1945-ci ildə Berlində edam olunmuşdur.
Robert Boş fondu
Almaniyanın müəssisələr tərəfindən yaradılan ən böyük fondlarından biridir. Bu fondun əsası 1964-cü ildə qoyulmuşdur və o firmanın banisi və xeyriyyəçi Robert Boşun (1861-1942) ictimai əhəmiyyətə malik səylərini davam etdirir. Robert Boş fondu ilk növbədə xalqlararası anlaşma, təhsil və sağlamlıq kimi sahələrlə əlaqədar mövzularla məşğul olur.
Mərkəzi və Şərqi Avropa üçün Mərkəz
sayılan DGAP Robert Boş fondunun tərkib hissəsi olmaqla konfranslar habelə Mərkəzi və Şərqi Avropada baş verən aktual siyasi dəyişikliklərə dair mütəxəssislərin və qeyri-rəsmi şəxslərin iştirakı ilə müzakirələr təşkil edir. Bu mərkəz Mərkəzi Avropa, Şərqi Avropa və Almaniyanın gələcəkdə rəhbər vəzifələrdə çalışacaq insanları və gənc alimləri dəstəklənməsi məqsədilə Robert Boş Fondunun keçirdiyi bir çox proqramlara himayədarlıq edir.
Müraciətlərər dair əlavə məlumatları burada tapa bilərsiniz:
www.goerdeler-kolleg.de
ƏLAQƏ
Proqramın rəhbəri
Markus Lux
Robert Boş Fondu MMC
www.bosch-stiftung.de
Müraciət etmək üçün əlaqə:
Marie-Lena May
Telefon +49 (0) 30/25 42 31-13
Telefax +49 (0) 30/25 42 31-16
m.may@dgap.org
www.dgap.org
Almaniya Xarici Siyasət Cəmiyyəti
(Deutsche Gesellschaft für Auswärtige Politik e. V., DGAP)
Robert Boş Fondunun Mərkəzi və Şərqi Avropa üzrə mərkəzi
(Zentrum für Mittel- und Osteuropa der Robert Bosch Stiftung)
Rauchstrasse 17/18 10787 B