Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
VAKANSİYA ELANI
17.02.2012 1394
 
ATƏT-nin Bakı Ofisindən vakansiya elanı

ATƏT-nin Bakı Ofisinin Hüququn Aliliyi və İnsan Hüquqları şöbəsində Milli Layihə üzrə Əməkdaş ştatına vakansiya elan edilmişdir. Həmin şəxs Ofisin Hüququn Aliliyi və İnsan Hüquqları şöbəsinin Rəhbərinin nəzarəti altında fəaliyyət göstərəcək və "Azərbaycanda məhkəmələrə çatımlılığın gücləndirilməsi" üzrə Büdcədənkənar Layihə çərçivəsində aidiyyəti hüquqi və inzibati fəaliyyətin təmin edilməsinə cavabdehlik daşıyacaqdır.

İşə qəbul üzrə tələblər:

- Beynəlxalq insan hüquqları sahəsi üzrə ixtisaslaşmaqla ali hüquq təhsilinin olması;
- Müvafiq yerli qanunvericiliyə kifayət qədər bələd olmaqla yanaşı ən azı 2 illik iş təcrübəsinin olması;
- Kompüter biliklərinin (Ofis proqramları) olması;
- İngilis, Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı vərdişlərinin olması;
- Sürücülük vəsiqəsinə sahib olmaq.

İşə qəbula dair ərizələrin son verilmə tarixi 23 fevral 2012-ci ildir.

Ətraflı məlumat üçün aşağıdakı ünvana daxil ola bilərsiniz: http://jobsearch.az/vacancies5791_en.html