Bununla əlaqədar "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bir saat üçün həmin məbləğin miqdarı 6 manatdan 11 manata qaldırılıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu qərarı vəkillərin zəhmətinin qiymətləndirilməsi və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
"Bildirmək istərdik ki, artım hüquqi yardımın keyfiyyətinin daha da yüksəldilməsinə və əhaliyə göstərilən xidmətin səviyyəsinin artırılmasına töhfə verəcək. Həm də bu addım vəkillik institutunun inkişafına və cəmiyyətimizdə ədalətə çıxış imkanlarının genişlənməsinə xidmət edir. Azərbaycan vəkilliyinin davamlı inkişafı üçün göstərilən diqqət və dəstəyə görə bütün qurumlara minnətdarıq. Bu mühüm qərar bizi daha böyük əzm və məsuliyyətlə fəaliyyətə sövq edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul edilmiş qərar münasibəti ilə bütün həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq!" - deyə A.Bağırov qeyd edib.