Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
İdarə heyəti
Şaiq Səyyad oğlu Mirzəyev

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin İdarə Heyətinin sədridir. 2019-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 04.11.2021-ci il tarixli qərarı ilə  “Azərbaycan Vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı və Fəxri Fərmanla təltif edilmişdir. hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Mediasiya Şurası İxtisas Komissiyasının da üzvüdür. 2019-cu ilin fevral ayından “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin Baş direktorudur. O, həmçinin “Caspian Energy Club”un Hüquq, ədliyyə və məhkəmə işləri üzrə Altkomitəsinin sədridir. Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Londonda Direktorlar İnstitutunun üzvüdür. 
 
shaigm@m-p.az

 
...........................................................................................................................................................................



Mehman Faziləddin oğlu Sultanov
 
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin idarə heyətinin üzvüdür. 1997-2001-ci illərdə "Hüquq Ədəbiyyatı Nəşriyatı"nda hüquqşünas vəzifəsində çalışmış, 2001-2007-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də çalışmışdır. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Universitetində beynəlxalq xüsusi hüquq fənni üzrə dərs deyir. Bank və maliyyə hüququ, beynəlxalq xüsusi hüquq, vergi hüququ və digər sahələr üzrə ixtisaslaşmışdır.

mehman.sultanov@lawreform.az


...........................................................................................................................................................................



Gülnar Famil qızı Qurbanova
 
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin İdarə Heyətinin üzvüdür. 2001-2011-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də hüquq məsləhətçisi vəzifəsində çalışmış, 2011-ci ildən isə “Bakı Hüquq Mərkəzi” MMC-nin partnyorudur. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Milli Aviasiya Akademiyasının dissertantıdır. Bir sıra nüfuzlu beynəlxlaq konfransların iştirakçısıdır.
 
 


.............................................................................................................................................................................



Turqay İmamqulu oğlu Hüseynov

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin idarə heyətinin üzvüdür. Hüquq elmləri namizədi, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosentidir. 30 dan çox elmi əsərin müəllifi, bir sıra nəşrlərin redaksiya heyətinin üzvü, Beynəlxalq Hüquqşünaslar Assosiyasiyasının üzvü. 2004-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.