Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Carı
Layihənin adı
Məzmunu
Donor və tərəfdaşlar
Tarix
İcra vəziyyəti
 
 
 
 
 
 
1.
Azərbaycanda "hüquqi yardım" institutunun təşviqi
Layihənin icrası müddətində "Ödənişsiz hüquqi yardım haqqında" qanun layihəsinin və ona dair konsepsiya sənədinin hazırlanması və Parlamentə təqdim olunması planlaşdırılır. Bununla bağlı 2012-ci ilin fevralında tanınmış vəkil və hüquqşünaslardan ibarət İşçi Qrup təşkil olunmuş və hər iki sənədin ilkin variantı hazırlanmış və sənədlərin beynəlxalq ekspertizası məqsədi ilə İngilis dilinə tərcüməsi həyata keçirilmişdir. Habelə ictimai müzakirələrin keçirilməsi məqsədi ilə sənədlər müxtləif veb-portallarda yerləşdirilmişdir. Layihə çərçivəsində Qrupun 2 üzvü Litva Respublikasında təcrübə səfərində də olmuşdur. Növbəti aylarda sənədlərin müzakirəsi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə dəyirmi masalar keçiriləcəkdir.
AHK, GİZ, ABA/ROLİ, OSCE (ATƏT)
2012
davam edir
 
 
 
 
 
 
2.
“Hüquq və Mən” məktəblilər üçün tədris məşğələləri
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən dəstəklənən layihə ərzində orta məktəblərin 10-11-ci sinif şagirdləri üçün 1 aylıq nəzəri-təcrübi məşğələlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin məqsədi onların hüquqi biliklərinin inkişaf etdirilməsi və gələcəkdə üzləşə biləcəklər hüquqi vəziyyətlərdə hansı davranışları etməli olduqlarından ibarətdir.
Ədliyyə Nazirliyi, GİZ
2012
davam edir
 3.
 "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi"nin Bülletenin nəşri
 2007-ci ildən etibarən nəşr olunan bu bülleten İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aylıq Məcmuəsi əsasında tərcümə olunub hüquq ictimaiyyəti arasında paylanılır. Aylıq 900 nüsxə ilə çap olunan nəşrin məqsədi hüquqi ictimaiyyətini Məhkəmənin presendet təcrübəsi və davam edən işlər barəsində məlumatlandırmaqdır.
 Bakı Hüquq Mərkəzi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
 2007
 davam edir