Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
QHT sektoru
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dinamik prosesin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha münbit mühitdə inkişaf etməsinə rəvac verildi. Bu dövrdə müvafiq təşkilatların keçdiyi yolu şərti olaraq bir neçə mərhələyə bölmək olar. Bu bölünmə müxtəlif kateqoriyalar (qanunvericilikdə dəyişiklik, hökumətlə münasibətlər, mühüm QHT hadisələri və s.,) görə aparıla bilər.

Azərbaycanda daxili ictimai-siyasi gərginliyin yerini milli dövlət quruculuğunun alması, ölkənin mühüm inkişaf yolu qət etməsi, öz təsirini paralel olaraq QHT sektorunda da göstərirdi. Bu dövrdə nəinki yeni-yeni minlərlə QHT-lər yarandı, həm də onların müxtəlif koalisiyaları formalaşmış oldu. Xüsusilə, Milli QHT Forumu (MQF), Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Miqrasiya problemləri ilə məşğul ola QHT-lərin Forumu (FANGOM), Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, İnsan Alverinə Qarşı QHT Koalisiyası, “Sağlamlığa çağırış” İctimai Alyansı, Zərərin Azaldılması Koalisiyası, Mədən Sənayesində Şəffaflığın Artırılması Azərbaycan QHT Koalisiyası, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı, “Vətəndaş Cəmiyyətinə Dəstək” Koalisiyası (VCDK) və s., bu kimi milli koalisiyalar, Qafqaz Ətraf Mühit QHT-lərinin Şəbəkəsi (CENN), Qafqaz Qaçqın və Məcburi Köçkün QHT Şəbəkəsi (CRINGO), Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ), “Sülh və tərəqqi naminə dialoq” Konsorsiumu, Korrupsiya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi və s., regional QHT birlikləri yarandı və mühüm inkişaf yolu keçdilər. Bu dövrdə QHT-lərin yalnız qayğı ilə müşahidə olunduğunu demək sadəlövhlük olardı. Ardıcıl səylər, xüsusilə 1997-2003-cü illərdə BMT ilə Azərbaycan hökumətinin birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi” proqramı mühüm töhfələri ilə QHT-dövlət münasibətlərinin peşəkar əsaslarda qurulmasına və qanunvericiliyin təkmilləşməsinə töhfə oldu.

Bu layihə çərçivəsində aparılan sistemli iş nəticəsində 2000-ci ildə QHT-lər Haqqında yeni qanun qəbul olundu, 7 regional və Bakı QHT Resurs və Təlim Mərkəzi (QRTM) yaradıldı. Yüzlərlə QHT nümayəndəsinə “QHT idarəçiliyi” mövzusunda təlimlər keçirildi və ən nəhayət, ölkənin milli QHT platforması olan Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor institutunun yaradılması istiqamətində hökumət, QHT və ekspertlərin səyləri artırıldı. Bu istiqamətdə xarici ölkələrin təcrübəsi öyrənildi, mümkün versiyalar hazırlandı. 35 Bu uğurların da altında İSAR-Azərbaycan, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu (ACİ), Counterpart İnternational Təşkilatı və s., beynəlxalq QHT-lərin və donorların da imzasının olduğunu unutmamaq və onları minnətdarlıqla xatırlamaq lazımdır. Birgə səylərin nəticəsi olaraq bu gün ölkədə peşəkar ictimai xidmətlər təklif edən yerli, regional, ümumazərbaycan və beynəlxalq QHT-lərin çoxminlik ordusu yaranmışdır ki, bu ordu ölkədə dövlət və özəl sektorla münasibətdə 3-cü sektor kimi ayaqda durmuşdur. Bu dövrdə ölkədəki QHT-lərin siyasi təsirlərə məruz qalması, onların peşəkarlaşmasına mənfi təsir göstərsə də, ölkədə həyata keçirilən mühüm layihələrə (Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramında iştirak və s., ) töhfələri ilə onlar cəmiyyətin vazkeçilməz mühüm ünsürü olduqlarını bir daha ortaya qoymuşlar. Təbii ki, QHT-lərin qeyri-dini, qeyri-siyasi təşkilat olması özəlliyi hər zaman qorunan dəyər olmamış, bu dövrdə siyasi partiyaların, missioner və digər dini cərəyanların ciddi təsirində olan “QHT-lər” də olmuşdur. Amma vətəndaş cəmiyyətinin öz daxili inkişaf dinamikası bu kimi xəstəlikləri özündən tədricən uzaqlaşdıra və minimalizə edə bilmişdir. 2007-ci ilədək QHT-lərə dövlət dəstəyi olmamışdırmı? Təbii ki, olmuşdur və bu haqda yetərincə faktlar mövcuddur. Sadəcə 27 iyul 2007-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında QHT-lərə dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etməklə, bu siyasəti rəsmən elan etmiş və onun hüquqi, təşkilati, maddi çərçivələrini müəyyənləşdirmişdir.36 Əslində, bu siyasət Prezident İ.Əliyevin neft strategiyasının davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, hökumət geniş mənada vətəndaş cəmiyyətini inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə iqtisadi faydalılığı olmayan, sosial-mənəvi dəyəri isə ölçülə bilinməyəcək qədər əhəmiyyətli dəstək xətləri müəyyən etdi. Bunlar QHT-lərə Dövlət Dəstəyi Şurası, KİV-in İnkişafına Yardım Fondu, Elmin İnkişafı Fondu kimi humanitar inkişaf təşəbbüsləridir.

Keçən dövr ərzində QHT-lərə Dövlət Dəstəyi Şurasının həyata keçirdiyi tədbirlər, icra etdiyi proqramlar və əldə etdiyi uğurlar vətəndaş cəmiyyətinin mühüm ünsürü olan QHT-lərin bir sənaye sahəsinə, əmək tutumlu iqtisadiyyat sektoruna çevriləcəyinə əminliyi artırır.

Mətn AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat - 2010"dan iqtibas edilmişdir.