Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı, Füzuli (keçmiş Basin) 49,
"SKS" Plaza, 8-ci mərtəbə
Tel/Faks: +994 12 492 28 83
               +994 12 492 03 57
E-poçt: info@lawreform.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

03:18

02-03

MəHəMMəD ABDULHəMIDOV

Sual: Salam. Ev satışı haqqında yeni qanun qüvvəyə mindi, 3 il ərzində ev almış şəxslərdən 14% vergi tutulması barədə. Mən bilmək istərdim, bu qanun qüvvəyə mindikdən sonra alınan evlərə şamil olunur, yoxsa, mən 2013cü ildə ev almışamsa, mənə də şamil olunur?

Cavab:  Hər bir qəbul edilən qanun yalnızca onun qüvvəyə mindiyi gündən sonra yaranan hüquqi-münasibətləri tənzimləyir. Əgər qanunun geriyə qüvvəsi şamil ediləcəksə o qanunun özündə nəzərdə tutulmalıdır. daha dəqiq desək sizin alqı-satqı münasibət6iniz bu dəyişiklik qüvvəyə minənə qədər baş verdiyindən sizə şamil edilmir.

16:50

25-02

QASIMOVA NURIYYE

Sual: Salam.Kecmis heyat yoldasim aliment borcundan yayinmaq ucun guya ickini atmaq behanesi ile narkoloji dispanserde yatir.Bu onu alimentden azad edirmi?Alimenti o odemirse kim odemelidir?Indiye kimi 1500 azn.e qeder aliment borcu var.Evvelceden cavabiniz ucun tesekkurler.

Cavab:  Xeyr, azad etmir. AR Ailə Məcəlləsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar.

07:46

25-02

SERIYYE EKBEROVA

Sual: Sizden oyrenmey isteyiremki bir uşaqa gore alimentin meblegi ne qederdi

Cavab: Hörmətli vətəndaş, AR Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:


1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi

16:14

24-02

FAIRA MAMMADOVA

Sual: Salam. Vərəsəliklə ev satılıb. Özümün və övladlarımın payının satışına razılıq vermişəm. Evin satılması üçün maklerə etibarnamə verilib. Satışdan sonra pul bölgüsü zamanı bizim aileye çatan payın 1/3-ni vermədilər. Pulu alarkən Notarial qaydada imzaladım ki,başqa iddiam ve telebim yoxdur. 8ay keçib bu meseleden. Mehkemeye müraciet edib haqqımı teleb ede bilərəmmi?

Cavab:   Mülki prosessual məcəllənin 4.2.-ci maddəsinə əsasən "Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır." yəni əvvəlcədən yazmış olduğunuz ərizə sizin məhkəməyə müraciət etmək hüququnuzu məhdudlaşdırmır.

08:02

23-02

TURAL AMIRALIYEV

Sual: salam..eger kiwi ile qadin bowaniblarsa..uwagin huquqlari anaya verilir ..bu beledi?ve eger hemin usaq ovladliga verilirse yalniz ananin raziligi ves edir?yoxsa atada raziliq vermelidir?

Cavab:  Ər və arvad arasında olan Nikah pozulan zaman adətən 10 yaşına qədər olan uşaqlar Məhkəmə Qətnaməsi ilə ananın yanında saxlanılır. Ancaq bu Qətnamə Uşaqğında atasının hüquqularının itirilmiş hesab edilməsi deyil. Atanın uşaq üzərin Ünsiyyətdə olmaq, Tərbiyə və təhsili ilə maraqlanmaq və s. kimi hüquqları qalır. Boşanma halından sonra uşaq övladlığa verilərkən belə Atanın razılığı lazımdır.

16:24

22-02

ZAUR RZAYEV

Sual: Qeyri rəsmi (zaqsız) nigahdan olan uşağa doğum şəhadnaməsi, şəxsiyyət vəsiqəsi necə alınmalıdır. Uşaq atasının adına necə qeyd edilməlidir? əvvəlcədən təşəkkür edirəm sualımı oxuyub cavablandırsaz.

Cavab:  Uşaq üçün Ana doğum haqqında arayışya Doğum şəhadətnaməsi almaq üçün müraciət edərkən Ata da öz şəxsiyyət vəsiqəsi ilə müraciət edir və uşağın atası olması faktını öz imzası ilə təsdiq edir. Atalığın müəyyən olunması haqqında şəhadətnamə ilə birgə Uşağa doğum şəhadətnaməsi də alınır. Bununla bağlı ərazi aidiyyatı üzrə ASAn xidmət mərkəzinə də müraciət edə bilərsiz.

06:35

21-02

KONUL QEDIROVA

Sual: Salam menim sualim odurki men evliyem ve qaynanamgilde men usaqlarim ve yoldasim eve propiskadir ev ise qaynanamn adinadir. Eger qaynanam bizi evden cxarsa biz oz haqqimizi teleb edib ev payi ala bilerik?

Cavab:  Əgər siz 2000-ci ilin sentyabrın 1-dən qabaq gəlin köçmüsünüzsə istifadə hüququna görə kompensasiya ala bilərsiz. 2000-ci ilnin sentyabrın 1-dən sonra gəlin köçmüsünüzsə heç bir pay kompensasiyası düşmür.

13:53

19-02

MEHDI MEHDIYEV

Sual: Salam. Men Azerbaijan Respublikasinin vetendasiyam. Ama Boyuk britaniyada yasayiriq . Yoldasim litva vetendasidir usaqlar britaniyada dogulub . Amma Litva pasportlari var . Azerbaycana gelmek ucn viza lazimdirmi her defe?

Cavab:  Azərbaycan Respublikasının vətəndaşına viza lazım deyil. Digər ailə üzvlərinizə viza lazım olacaq.

09:55

19-02

VAFA

Sual: Salam!Ata Ananin resmi nigahi yoxdursa atanin mulkiyyetinden usaga pay dusur?

Cavab:  Ata öldükdən sonra vərəsəlik qaydasında düşür.

05:46

19-02

SAMIR MEMMEDOV

Sual: Salam.Men bilmek isteyirem ki,gencler evlendikde toydan neche ay qabaq zaksa muraciet etmelidirler ve bunun uchun ne qeder dovlet rusumu odemelidirler?

Cavab:   

Hörmətli vətəndaş, nikah tərəflərin VVADQ orqanlarına yazılı ərizə ilə müraciət etdiyiniz tarixdən 1 ay sonra hər iki tərəfin iştirakı ilə bağlanır. Nikahın qeydə alınması üçün 5 manat dövlət rüsumu tutulur.

1 2 3 4